Ölkə

“Uşaqları da götürüb çıxdıq” - Zəlzələdən qorxan sakinlər evlərini tərk etdi - VİDEO - FOTO

12 Fevral 2019 17:29
0 Şərh     Baxış: 2 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı yenə silkələnib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, əvvəlki zəlzələnin təsirindən təşvişə düşən sakinlər evlərini tərk edərək küçələrə çıxıb.

Ötən gün axşam saatlarında yeraltı təkanlar Şamaxıda iki dəfə hiss edilib. Zəlzələdən sonra rayon sakinləri evlərini tərk edərək küçələrə axışıblar.

Sakin: "Çörək yeyiridk. Yenə zəlzələ oldu. Uşaqları da götürüb çıxdıq".

Sakin: "Yenə zəlzələ oldu. Tez qaçaraq çıxdıq çölə".

Zəlzələdən sonra qorxuya düşərək küçədə olan sakinlərlə rayonun icra başçısı Tahir Məmmədov söhbətləşib. Sakinlərin sözlərinə görə icra başcısı, mümkün qədər gecəni binada keçirməməyi tövsiyə edib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla 19:29-da Pirqulu seysmik stansiyasından 9 kilometr qərbdə Ağsu rayonunun ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub. FHN-dən isə bildirilib ki, təkanlardan sonra hər hansı dağıntı baş verməyib.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Zəlzələdən qorxan sakinlər evlərini tərk etdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.