Ölkə

Könül Kərimovaya qarşı dələduzluq edən qadına HÖKM OXUNDU

17 Dekabr 2018 18:29
0 Şərh     Baxış: 2 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Məmmədova 5 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, M.Məmmədova bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işində zərərçəkmiş şəxs kimi Əməkdar artist, müğənni Könül Kərimova da var.

M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib. O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb.

Lakin sonradan verdiyi vədə əməl etməyib.

Şikayət əsasında həbs edilən Məlahət Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.