Ölkə

Əmisi oğlunun arvadı ilə cinsi əlaqədə olanı cəzalandıranlar SAXLANILDILAR - VİDEO

14 Dekabr 2018 13:09
12 Şərh     Baxış: 7 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkir rayonunda döyülmə faktı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rayonun Seyfəli kənd sakini Həsənov Elşad Yusif oğlu əmisi oğlanları tərəfindən döyülərək təhqir edilib.

Müəyyən edilib ki, E.Həsənov əmisi oğlu Həsənov Əli Fərhad oğlunun həyat yoldaşı Ocaqverdiyeva Nurlana Zabit qızı ilə intim münasibətdə olub.

Hadisədən xəbər tutan Ə.Həsənov qardaşları Asiman Həsənov və Ruslan Həsənovla birlikdə dekabrın 12-də rayonun Çaylı kəndindən Yeni Həyat kəndi istiqamətində olan avtomobil yolunda E.Həsənovun idarə etdiyi avtomobili saxlatdıraraq onu avtomobildən düşürüblər.

Daha sonra qardaşlar E.Həsənovu döyərək əynindəki paltarları soyundurub onu videoya çəkiblər və Seyfəli kəndində küçədə düşürüblər.

E.Həsənovun müraciətindən sonra faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (işgəncə, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri keçirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda DAHA BİR ŞOK - Qardaşı arvadına sataşanı belə RÜSVAY ETDİLƏR

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.