Azərbaycan dilinin normaları daha çox Bakıda pozulur - Xalq şairi Prezidentin Fərmanını təqdir etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin yaradılması Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunlara əməl edilməməsi faktlarının qarşısının alınmasında mühüm rol oynaya bilər. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən belə bir Mərkəzin yaradılması təqdirəlayiqdir".
Bunu Milli.Az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Pariyasının (VHP) sədri, sabiq millət vəkili, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanla bağlı fikirlərini bölüşərkən bildirib.

Onun fikrincə, dövlət başçısı tərəfindən belə bir fərmanın imzalanması Azərbaycan dil siyasətinin mütəmadi davam etdirildiyini göstərir: "Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra ana dilinin statusu Sovet dövrünə nisbətən qat-qat yüksəlib. Düzdür, Sovet dövründə də Azərbaycan dili dövlət dili idi, lakin bu, yalnız formal olaraq kağız üzərində, Konstitusiyada belə idi. İdarələrdə bütün yazışmalar rus dilində idi, iclaslar rus dilində aparılırdı. Hətta küçədə də yuxarı təbəqə yalnız rus dilində danışırdı. Bu dövr bitdi. Artıq "meydan hadisələri"ndən sonra 30 ilə yaxındır ki, dövlət dilinə qayğı artıb. Bununla bağlı əvvəla, "Dil haqqında" Qanun qəbul olunub. Həmin qanunda Azərbaycan dilinin dövlət dili kimi işlənməsi və inkişafı məsələsinin vacibliyi qeyd olunub, dövlət dilin qorunması və inkişafı hüquqi cəhətdən əsaslandırılıb. Daha sonra latın qrafikalı əlifbaya keçid oldu, eləcə də Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda dövlət dilinin qorunması və inkişafı ilə bağlı bir neçə mühüm sənədlər qəbul olunub. Prezident İlham Əliyev tərəfindən "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı isə göstərir ki, ölkədə dil siyasəti ardıcıl şəkildə davam etdirilir. Dilimizin qorunması və onun inkişafı dövlətin marağındadır. Bununla bağlı Dövlət Dil Komissiyasının yaradılması və cənab Prezidentin özünün də burada sədr olması ciddi göstəricilərdən biridir".


Xalq şairi dilimizin normalarının əsasən harada və necə pozulduğuna dair müşahidələrini də açıqlayıb: "Azərbaycan dilinin normaları daha çox şəhərlərdə, xüsusən paytaxt Bakıda pozulur. Buna müəssisələrin adlarının seçilməsindən tutmuş reklamlara qədər çoxlu faktlar var ki, orada dil normaları kobud şəkildə pozulur. Eyni zamanda, yerli mətbuatın dilində hərc-mərclik var. Bir çox qəzet, jurnal və kitablar korrektura və redaktədən keçmədən çıxır. İndi hətta müəllif öz kitabını redaktorsuz da buraxa bilər. Amma heç olmasa korrektor və korrektura olmalıdır. Bizdə indi yazı qaydasına da son dərəcə biganə münasibət var. Kim necə istəyir, o cür də yazır. Nöqtə, vergül yerində deyil, sözlər düzgün yazılmır. Yəni yazı dilindən başlamış televiziya və radiodakı şifahi nitqə, hətta dərdliklərimizin dilinə qədər çox ciddi qüsurlar var. Bunların qarşısı alınmalıdır!"
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq





