Ölkə

Fədayə Laçın məhkəmədə mahnı oxudu - Hakim yarımçıq saxladı

24 Sentyabr 2018 11:06
13 Şərh     Baxış: 12 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Əli Ağami və digər şəxslərin məhkəməsi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə dustaqlar məhkəmə zalına verildikdən sonra F.Laçın mahnı oxuyub.

Müğənni şüşə qəfəsdə "Kimlər gəldi, kimlər getdi, bu dünyadan" mahnısını səsləndirib. Daha sonra hakimlər kollegiyası zala daxil olub və F.Laçın ifasını yarımçıq saxlayıb.

Proses davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.