Ölkə

Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə hərbi parad keçirilib - VİDEO

15 Sentyabr 2018 17:48
Baxış: 4 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə Azadlıq meydanında hərbi parad keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayıb, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.