Bakı metrosunda Xəzər dənizinə "səyahət" imkanı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Bakı Metropoliteni" QSC -nin birgə təşkilatçılığı ilə "Gənclik" metrostansiyasında "Metro Gallery" layihəsi çərçivəsində "Gəmiçilik-160 il" mövzusunda fotoqalereya açılıb. Milli.Az xəbər verir ki, bu dəfə paytaxt sakinləri və Bakının qonaqları stansiyanın hər dörd çıxışının əsas vestibüllərində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixini əks etdirən nadir fotoları görmək imkanı qazanıblar.
Foto sərginin ilk günündə rəsmi açılış mərasimi baş tutub. Açılışda çıxış edən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunan sərgidə 90-dan çox foto nümayiş edilir: "Fotoların hər biri Xəzərdə Azərbaycan gəmiçiliyinin müxtəlif dövrlərini əhatə edir. Burada Xəzər dənizində üzən ilk gəmilər, tanınmış dənizçilər, neft mədənləri, tacirlər haqqında maraqlı fotolara rast gəlmək mümkündür".
Sərgidə müxtəlif arxivlərdən əldə edilən nadir fotolar nümayiş olunur. Bu fotolar həm AXDG-nin əməkdaşları, həm də araşdırmaçı-jurnalist, Bakı Media Mərkəzinin redaktoru, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun araşdırması ilə ortaya çıxıb.
Gəmiçiliyin sifarişi əsasında tarixi-sənədli kitab yazan Müsəllim Həsənov qeyd edib ki, fotoların hər biri özündə böyük bir tarixi yük daşıyır. O, bildirib ki, fotoşəkillər həm Azərbaycanın, həm də Rusiyanın arxivlərindən əldə olunub.
Daha sonra çıxış edən uzaq səfərlər kapitanı Muxtar Axundov Gəmiçiliyin qəhramanlıqlarla dolu tarixi və bugünki dinamik inkişafı haqqında məlumat verib.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat katibi Bəxtiyar Məmmədov isə deyib ki, bu tipli tədbirlər qurumun davamlı reallaşdırdığı sosial yönümlü proqramlarının tərkib hissəsidir. "Ümid edirik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə gerçəkləşdirilən bu sərgi böyük maraqla qarşılanacaq. Çünki, burada doğrudan da, heç yerdə rast gəlinməyən fotolar mövcuddur".
Sərgilənən hər fotonun yanında yerləşdirilən paspartuda onun anotasiyası qeyd edilib. Bundan başqa, sərgi izləyicilərinə fotoşəkillər barədə virtual məlumat almasına da şərait yaradılıb. Belə ki, izləyicilər smartfonları vasitəsi ilə şəkillərdəki "QR" koddan istifadə edərək Bakı metropoliteninin rəsmi saytında yerləşdirilmiş elektron qalereyaya daxil ola və fotoların yüksək keyfiyyətlə nümunələrini yükləyə bilərlər.
Fotolar ilin sonuna kimi sərgilənəcək. Bununla, stansiya keçidlərindən istifadə edən metro sərnişinləri - paytaxt sakinləri və şəhərimizin qonaqları, eləcə də mövzu ilə maraqlanan hər kəs Xəzər sularında gəmiçiliyin inkişaf tarixinə virtual səyahətə çıxmaq fürsəti əldə edəcəklər.
Xatırladaq ki, bu il şanlı tarixə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir. Xidmət sahəsinin müxtəlifliyinə görə AXDG unikal gəmiçilik şirkətlərdən hesab olunur.
Yusif Nəsirli
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı





