Ölkə

Əlabbas Bağırov yeni vəzifəyə təyin olundu

27 Avqust 2018 13:58
0 Şərh     Baxış: 5 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin sabiq rəhbəri Əlabbas Bağırov yeni vəzifəyə təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Ə.Bağırov özü məlumat verib.

O, Azərbaycan Metrologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edildiyini bildirib:

"Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentində mətbuat xidməti şöbəsi olmayıb, sadəcə orada mətbuat xidmətinin rəhbəri ştatı olub və həmin ştat da 2009-cu ildə ləğv edilib. Mən həmin departamentdə mütəxəssis kimi işləmişəm, eyni zamanda mətbuat xidmətinin rəhbəri işini icra etmişəm. Orada heç bir şöbə bağlanmayıb və mən vəzifəmdən çıxarılmamışam. Sadəcə olaraq, öz xahişimlə işdən azad olunmuşam və Azərbaycan Metrologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilmişəm".

Xatırladaq ki, Ə.Bağırov həm də 15-dən artıq kitabın müəllifidir. Onun məqalələri Azərbaycanla yanaşı, İran, Türkiyə və Gürcüstanda çap olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.