Ölkə

Bədii gimnastika üzrə Azərbaycan çempionatında mükafatlandırma mərasimi keçirilib - FOTO

10 Avqust 2018 18:29
Baxış: 608

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışların birinci günündə 2008, 2009 və 2010-cu il təvəllüdlü gimnastların çıxışları başa çatıb.

2008-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri "Ocaq Sport" klubunun nümayəndəsi Nərminə Bayramova tutub. İkinci yerdə Bakı Gimnastika Məktəbinin idmançısı Leyli İsmayılova, üçüncü yerdə "Ocaq Sport"un digər gimnastı Tahirə Tağıyeva qərarlaşıb.

2009-cu il təvəllüdlü gimnastlar arasında fəxri kürsüdə "Ocaq Sport"un idmançıları yer alıb. Qızıl medala Gövhər İbrahimova, gümüş medala Sofiya Məmmədova, bürünc medala Məryəm Əliyeva layiq görülüb.

2010-cu il təvəllüdlü gimnastlar arasında da "Ocaq Sport" gimnastları ilk üç yeri əldə edib. Bu yaş kateqoriyasında ən yaxşı nəticəni İlahə Bahadırova göstərib. İkinci yerdə Şəms Müvəffəqi, üçüncü yerdə Nəzrin Salmanlı yer alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.