Lənkəranda karantin - Bəzi ərazilərə giriş qadağandır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə aparılıb.
Azərbaycan Respublikası ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773) ikinci nəslinə qarşı fitosanitar müşahidələrə və mübarizə tədbirlərinə start verilib.

Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nazirlik yanında Dövlət Fitosanitar Xidmətinin Lənkəran Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonunun Darquba, Kərgəlan, Haftoni, Şağlaküçə, Girdəni, Zövlə və Velədi kəndləri ərazisində, eləcə də Liman qəsəbəsi ətrafında və Lənkəran-Astara magistralının kənarında ümumilikdə 680 hektar sahədə tut və çinar ağaclarında karantin tətbiq olunan Amerika ağ kəpənəyinə qarşı fitosanitar müşahidələr həyata keçirilib. Müşahidələr zamanı Girdəni, Zövlə və Lənkəran şəhər ərazisində ümumilikdə 100 hektar sahədə zərərvericinin 2-ci nəslinin 2-3 yaşlı tırtılları aşkar olunub. 19 iyul tarixində adı çəkilən zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirləri başlayıb və 24 iyul tarixində başa çatıb. Dövlət hesabına həyata keçirilən mübarizə tədbirində Diflobezron tərkibli Xetenazon preparatından (100 qr/1 ha) istifadə olunub.

Amerika ağ kəpənəyi Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayının (çiçəkləmənin əvvəli və ya çiçəkləmə dövrü), yay nəslinin uçması isə iyulun əvvəllərində baş verir. Uçuş 20-30 gün davam edir.
Polifaq həşəratın ikinci nəsli daha ziyanlıdır və tırtılları tərəfindən yarpaqların yeyilməsi (defolyasiyası) bitkilərin zəifləməsinə, çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Kəpənəklər aktiv olaraq, qısa məsafələrə (250 m) uçuşlar edə bilir.

Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. İlk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda təcili olaraq Dövlət Xidmətinin Bitki Mühafizəsi Mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır.
Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlər və bioloji preparatlardan biri ilə aparılmalıdır: diflubenzuron 0.3 l/ha, xlorban (2 l/ha), fastoks (0,2-0,3 l/ha), desis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), karate (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq, daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır.
Amerika ağ kəpənəyi əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə, yüksək səmərə əldə etmək olar.
Yusif Nəsirli
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
XƏBƏR LENTİ
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Qaxda 7 kiloqramdan artıq narkotik aşkarlandı: İki nəfər saxlanıldı
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
-
Prezident İlham Əliyev: Müasir ideoloji işlər aparılmalıdır
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Prezident İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
-
Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
-
Məkkədə bomba həyəcanı - (Video)
-
Məişət zorakılığının qurbanları ilə bağlı yeni məlumat
-
Prezident İlham Əliyev: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir





