Ölkə

Azərbaycanlı aktrisaya həmkarı "xəyanət etdi" - Gözünə baxa-baxa aldatdı - VİDEO

25 İyun 2018 11:28
5 Şərh     Baxış: 4 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Xuraman Əlizadə "10-dan sonra" verilişində adını açıqlamadığı həmkarı və yaxın dostunun onu aldatdığını etiraf edib.

Milli.Az xəbər verir ki, aktrisa bir zamanlar çalışdığı Gənc Tamaşaçılar Teatrından çıxdıqdan sonra teatr fəalyyətini xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bələdiyyə Teatrında davam etdirmək istəsə də aldadılıb. Belə ki, aktrisanın sözügedən teatrda çalışan aktyor dostlarından biri Xuramana iş üçün Amaliya Pənahovaya yaxınlaşıb, ağız açmasına gərək olmadığını bildirib. Aktyor bunun səbəbini xalq artistinin Xuramanı işə götürməyəcəyi ilə izah edib.

Aktrisa aktyor dostunun sözlərinə inanaraq xalq artistinə ağız açmaq fikrindən daşındığını, lakin dostunun onu aldatdığını indi-indi bildiyini qeyd edib.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı aktrisaya həmkarı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.