Ölkə

Bakıda “Range Rover” dəhşətli qəza törətdi: ölənlər var

13 İyun 2018 10:42
0 Şərh     Baxış: 2 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərinin Binəqədi rayonu ərazisində ağır yol qəzası baş verib.
 
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Binəqədi-Balaxanı yolunda gecə saat 21 radələrində yolda sürətlə hərəkət edən 10 XR 009 dövlət qeydiyyat nişanlı "Range Rover" ilə 10 HF 590 nömrəli "Ford" toqquşub.

Nəticədə "Range Rover" yanmağa başlayıb. "Ford"un 36 yaşlı sürücüsü və 25 yaşlı sərnişin aldıqları xəsarətlərdən vəfat edib.

Yanan avtomobili FHN-in əməkdaşları söndürüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.