Ölkə

Bakıya daha bir yeni metro qatarı gətiriləcək - Vaxt açıqlandı - FOTO

23 Aprel 2018 14:05
0 Şərh     Baxış: 2 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Bakıya gətirilən yeni qatarın təqdimatında deyib.

O bildirib ki, yeni qatar 5 vaqondan ibarətdir: "Ötən ilin fevral ayında Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bildiyiniz kimi, artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gətiriləcək".

N.Paşayev qeyd edib ki, qatarda olan hər 5 vaqonda sərnişinlər üçün keçid mövcuddur: "Qatar son texnologiyalarla təmin edilib".

O əlavə edib ki, yeni qatarların sərnişin tutumu digərlərinə nisbətən daha çoxdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.