Ölkə

Bulvarda 17 yaşlı qız dənizə düşdü

20 Aprel 2018 16:00
1 Şərh     Baxış: 2 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dənizkənarı Milli Park ərazisində 17 yaşlı qız dənizə düşüb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 2001-ci il təvəllüdlü Qafarova Fatimeyi-Zəhra Şəfi qızı sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.