"Abituriyent" jurnalının saxta nəşrləri aşkar edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Piratçılıqla məşğul olan müəyyən şəxslər Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan "Abituriyent" jurnalı nəşrlərinin yüksək çap reytinqindən sui-istifadə edərək onları qeyri-qanuni yolla çap etdirib ölkənin müxtəlif bölgələrində satışını təşkil edirlər. İndiyədək qeyri-qanuni (pirat) nəşrlərin satışının qarşısının alınmasında Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Müəllif hüquqları Agentliyinin əməkdaşları ilə birgə çoxlu sayda operativ tədbirlər həyata keçirilsə də, təəssüf ki, belə nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb.
Bu yaxınlarda Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən "Caspi LTD" adı altında fəaliyyət göstərən MMC ilə "Hazar İhracat İthalat" AŞ arasında bağlanmış müqavilə əsasında həmin MMC-nin adına gətirilən, hüquqları "Abituriyent" jurnalı redaksiyasına məxsus olan müxtəlif fənlər üzrə 45 minə yaxın test tapşırıqları kitabları saxlanılmış və ölkəyə bu kitabların qeyri-qanuni yolla idxalının qarşısı alınmışdır.
"Caspi LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti bu kitabların çapı və ölkəyə gətirilməsi ilə bağlı "Abituriyent" Jurnalı Redaksiyası ilə heç bir müqavilə bağlamamışdır. Yuxarıda göstərilən kitablar AR Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsi tərəfindən saxlanılmış və bu barədə Dövlət İmtahan Mərkəzinə məlumat verilmişdir. "Caspi LTD" adı altında fəaliyyət göstərən MMC tərəfindən Türkiyədən idxal edilən test tapşırıqları və abituriyentlər üçün digər vəsait kitabları barəsində Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi tərəfindən 21.02.2018-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci və 482.3-cü maddəsi ilə inzibati iş açılmışdır. Kitablardan götürülmüş nümunələr ekspertiza aparılıb rəy alınması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən, təqdim edilən kitablar pirat və kontrafakt məhsullar olduğu müəyyən edildiyi üçün işin materialları aidiyyatı üzrə baxılması üçün Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. Bu gün Kəpəz Rayon Məhkəməsində qeyd olunan inzibati pozuntuya baxılacaqdır.
Xatırladaq ki, qeyri-qanuni (pirat) nüsxələrin müqayisəsi zamanı əsl (orijinal) nüsxə ilə xeyli sayda uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq: Əsl (orijinal) nüsxələrin titul vərəqində (birinci səhifədə) gizlədilmiş xüsusi simvolar pirat nüsxələrdə görünmür. Pirat nüsxələrin yan, arxa üzlüyündə və titul vərəqində olan sözlərdə bir neçə yerdə "ə" hərfi əvəzinə "e" hərfi yazılmışdır. Həmçinin digər orfoqrafik səhvlərə yol verilmişdir.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi Azərbaycan bölməsi üçün fənlər və siniflər üzrə bu seriyadan olan 41 adda test kitabı nəşr etdirmişdir. Bu kitablara oxucu tələbatı yüksək olduğundan, bir neçə fənn və siniflər üzrə belə qeyri-qanuni (pirat) nəşrlərin çapı, yayılması və satışı ehtimal olunur.
İndiyə qədər dəfələrlə ölkə ərazisində Dövlət İmtahan Mərkəzi və "Abituriyent" Jurnalı Redaksiyasının hüquq sahibi olduğu kitabların pirat nüsxələri ayrı-ayrı satış obyektlərində aşkar edilmişdir. Bu hallar həmin pirat nüsxələrin xaricdə çap edilərək ölkə ərazisinə gətirildiyini ehtimal etməyə əsas vermişdir.
Bildiririk ki, DİM-in mətbuat orqanı olan "Abituriyent" jurnalının bütün məhsulları ölkə daxilində çap edilir və Mərkəzin nəşrləri adı ilə ölkə xaricindən Azərbaycana gətirilən kitabların hamısı qeyri-qanuni (pirat) nəşrlərdir. Bu tip çap məhsullarının ekspertizası onlarda xeyli sayda elmi, texniki, poliqrafik, gigiyenik və digər qüsur və zərərli cəhətlərin olduğunu göstərir. Digər tərəfdən qeyri-qanuni (pirat) nəşrlərin satışından vergilər ödənilmədiyindən Dövlət büdcəsinə də ziyan dəyir. Müəyyən işbaz qüvvələr nəşrlərimizə oxucu tələbatının yüksək reytinqindən sui-istifadə edərək onları qeyri-qanuni yolla çap etdirib ölkənin müxtəlif bölgələrində satışını təşkil edir, nəticə etibarı ilə jurnalın redaksiyasının maliyyə vəziyyətinə də külli miqdarda ziyan vururlar.
Bütün bunları nəzərə alaraq Dövlət imtahan Mərkəzi "Caspi LTD" adı altında fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqları "Abituriyent" Jurnalı Redaksiyasına məxsus kitabların pirat nüsxələrini ölkəyə idxal etməsi və qeyri-qanuni satışını həyata keçirməsi nəticəsində vurduğu zərərin əvəzinin ödənilməsi, ölkəyə idxal etdiyi kitabların aşkar edilmiş pirat nüsxələrinin məhv edilməsi və kitabların pirat nüsxələrinin satışının qadağan edilməsi barədə qətnamə qəbul edilməsi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəminin ilk - hazırlıq iclası sabah 28 mart 2018-ci il tarixində keçiriləcəkdir.
Dövlət İmtahan Mərkəzi və "Abituriyent" Jurnalı Redaksiyası bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcəkdir. Bir daha xatırladırıq ki, rəsmi razılıq olmadan DİM və "Abituriyent" Jurnalı Redaksiyasına məxsus materialların yayılması, təkrar çapı, elektron üsulla sürətinin çıxarılması qadağandır!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
XƏBƏR LENTİ
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyunu başlayıb - Yenilənib
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
-
83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)
-
Sumqayıtda zavodda bıçaqlanan şəxs mühafizəçi imiş
-
Yük avtomobili ilə sürücülərin həyatını risk altına atanların məsuliyyəti nədir? - (Video)
-
Ağstafada üç nəfərin yaralandığı qəzanın təfərrüatı - (Video)
-
Vətalət Mehdiyeva vəfat etdi
-
Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - (Video)





