Ölkə

Quba və Lerikə qar yağır - Ağsu aşırımında vəziyyət

14 Mart 2018 10:14
3 Şərh     Baxış: 3 130

Ölkənin dağlıq ərazilərinə gecə saatlarından başlayaraq güclü qar yağıb.

Hazırda bəzi dağətəyi ərazilərə də qar yağır.

Milli.Az bildirir ki, Lerik Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, dünən axşam saatlarından rayon ərazisinə qar yağmağa başlayıb: "Rayon ərazisində sulu qar yağsa da, dağ kəndlərində qarın hündürlüyü 5-6 sm-ə çatıb".

Qeyd edək ki, Quba rayonuna da hazırda qar yağır. Rayon sakinlərinin Trend-ə verdiyi məlumata görə, hazırda rayon ərazisi qardır və yağmaqda davam edir.

Rayonun dağlıq ərazisində şaxtalı hava şəraiti hökm sürür.

Şamaxı rayonuna ötən gün güclü qar yağsa da, rayon sakinlərinin sözlərinə görə, hazırda qar yağmır: "Ötən gün yağan qar səbəbindən bəzi dağ kəndlərinə gediş-gəliş pisləşib. Qar yolları bağlayıb, kəndlərə gedən yollar buz bağlayıb".

Ağsu rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rayonun dağ kəndlərinə qar yağıb: "Hazırda həmin kəndlərdə qar var. Amma rayon ərazisində yağışlı havadır. Ağsu aşırımının bəzi hissələrində qar olsa da, avtomobil yolu tam açıqdır".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Tural · 14 Mart 13:2632

    Bizə Quba lazim doul Bakiya Yağsin Qar

    Cavab yaz
    • Anonim
      Sadiq Həsənzadə · 14 Mart 13:3724

      Bakıya qar yağmıyacaq gələn ilə qaldı qar

      Cavab yaz
      • Anonim
        Tural · 14 Mart 14:3961

        sən yum Ağzini ciruq

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.