Ölkə

Sürüşmə zonasında villa satışa çıxarıldı - 1 milyona - FOTO

12 Fevral 2018 17:47
5 Şərh     Baxış: 4 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürüşmə təhlükəsi ilə əlaqədar əhalisi tamamilə boşaldılan ərazidə 1 milyonluq villa satışa çıxarılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Səbail rayonu, Bayıl qəsəbəsində 3 mərtəbəli dənizə mənzərəsi olan villa satılır. 8 otaqdan ibarət olan villanın həyətində hovuzu, bağı və qarajı var.

Vilanın 3 geniş bağlı və açıq mətbəxi mövcuddur. Villanın hər mərtəbəsində ayrıca hamam, 3 və 4 yataq otağı var. Əmlak sahibi tərəfindən 1.350.000 manata satılır.

Qeyd edək ki, Səbail rayonu, Bayıl qəsəbəsində sürüşmə aktivləşib. Aktivləşməyə əsasən ərazidə yerləşən evlərin sakinləri çıxarılaraq başqa mənzillərə yerləşdirilib.

Yaşayış massivindəki Cənub Dərə adlanan əraziyə yağan intensiv yağıntılar buradakı duruma təsir göstərib, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına hopub.

Bildirək ki, sürüşməyə meyilliliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.