Ölkə

Azərbaycan gəncləri və idmançılarının namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib - FOTO

12 Fevral 2018 13:03
Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş sənədli filmi nümayiş olunub.

Toplantının moderatoru Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxış edərək ölkədə gənclərə və idmançılara göstərilən diqqət və qayğıdan danışıb. O qeyd edib ki, həmişə olduğu kimi, Azərbaycan gənclərinin namizədi Prezident İlham Əliyevdir.

Çıxış edən Azərbaycanın tanınmış yunan-Roma güləşçisi, Rio Olimpiya Oyunlarının bürünc medal mükafatçısı Rəsul Çunayev idmanda qazandığı uğurlardan danışıb. R.Çunayev qeyd edib ki, onun bu uğurlarının səbəbi Prezident İlham Əliyevin idmançılara göstərdiyi diqqətin nəticəsidir:

"Qazandığım uğurların tək səbəbi var və bu da cənab Prezident İlham Əliyevin gənclərə və idmançılara olan diqqət və qayğısının nəticəsidir. Mənim kimi minlərlə gənc var ki, böyük uğurlar əldə edirlər, Azərbaycanın himnini beynəlxalq arenalarda səsləndirirlər. Bu uğurların davamlı olması üçün hamımız İlham Əliyevə səs verəcəyik".

Azərbaycanın tanınmış futbolçusu Mahir Mədətov da idman sahəsində qazanılan uğurlardan, idmançılara göstərilən diqqət və qayğıdan söz açıb. Futbolçu qeyd edib ki, Prezident İlham Əliyev həmişə idmançılara böyük diqqət göstərib. İdmançılar adından Prezident İlham Əliyevə təşəkkürünü bildirən M.Mədətov gəncləri və idmançıları Azərbaycanın hərtərəfli inkişafı naminə İlham Əliyevə səs verməyə çağırıb.

Sonra Azərbaycanın hər iqtisadi regionundan bir gəncə söz verilib. Gənclər regionların inkişafından, sahibkarlığa göstərilən dəstəkdən və yaradılan şəraitdən danışıblar. Tədbirdə Azərbaycanda gənclərlə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarından da söz açılıb.

Çıxış edən bütün iştirakçılar region gənclərinin prezident seçkilərində fəal iştirak edəcəklərini və İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.