Bütün biletləri tam satılan dünya şöhrətli musiqi qrupu Bakıda konsert verəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2018 Formula 1 Azərbaycan Qran Prisinin ilk günündə "Jamiroquai" qrupu Bakıda konsert verəcək. Fank musiqi janrının əfsanələri aprelin 27-də "Kristal Zal"da tamaşaçıların qarşısına çıxaraq canlı performans nümayiş etdirəcəklər.
Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

Onun sözlərinə görə, gərgin mübarizə ilə dolu və əyləncəli keçəcək 2018 Formula 1 Azərbaycan Qran Prisi yarış həftəsonunun ilk gecəsində səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai musiqi qrupu çıxacaq: "Yeniliklərdən biri də odur ki, ötən illərdəkindən fərqli olaraq bu il yarış həftəsonunda dünya ulduzlarının iştirakı ilə baş tutacaq axşam konsertləri ilk dəfə olaraq "Kristal Zal"da keçiriləcək. Əvvəllər yarışlar Bakıda iyun ayında keçirilən zaman konsertlər bulvarda açıq səhnədə olurdusa, bu il Qran Prinin aprel ayına təsadüf etdiyini nəzərə alaraq, biz hava şəraitinə hazır olmalıyıq. Ona görə də insanların rahatlığını təmin etmək üçün bu dəfə konsert qapalı məkanda təşkil ediləcək"

BŞH sözçüsü qeyd edib ki, bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Bakı Şəhər Halqasından "Kristal Zal"a tamaşaçıların gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.

Bundan əlavə, yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində eksklüziv olaraq iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında və həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib Dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.
Qeyd edək ki, caz musiqisinin təmsilçisi olan Cey Key tərəfindən 1992-ci ildə Londonda yaradılan "Jamiroquai" qısa müddətdə məşhurlaşaraq dünyanın ən uğurlu musiqi qruplarından birinə çevrilib. Özünün 25 illik fəaliyyəti müddətində 27 milyondan çox albom satan bu qrup "Grammy", "Ivor Novello" və "MTV Moonmen" mükafatlarına layiq görülüb, Böyük Britaniyada 13 dəfə nominasiya əldə edib və biletləri tamamilə satılan beş dünya turunu reallaşdırıb.
"Jamiroquai"nın ilk albomu "Emergency on Planet Earth" adlanır və qrup bu albomu ilə davamlı inkişafda olub və böyük uğurlar qazanıb. Daha sonra qrup milyonlarla satışa nail olmuş yeni albomlar çıxarıb və burada pop, rok, disko və elektronika musiqi janrlarında da ifalar səsləndirib. Qrup məşhur treklərindən "Virtual Insanity" ilə "MTV"-nin keçirdiyi Video Musiqi Müsabiqəsinin və "Grammy" Mükafatının 4 dəfə qalibi olub, həmçinin klassik janrda səsləndirdiyi "Space Cowboy", "Deeper Underground" və "Feels Just Like It Should" mahnıları ilə şöhrətini daha da artırıb. Bundan başqa "Jamiroquai" qrupunun adı 1996-cı ildə çıxardığı "Travelling Without Moving" albomu fank musiqi janrı tarixində ən çox satılan albomun müəllifi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil olub.
Dünya musiqisinin ən məşhurlarından olan "Chance the Rapper", "Pharrell", "Tyler the Creator", "Jungle", "Redman" və "The Internet" kimi tanınmış ulduzların böyük rəğbətini qazanan, həmçinin Stivi Vonder və Dayana Ross ilə birlikdə möhtəşəm ifalar nümayiş etdirən bu qrup dövrümüzdə hamının böyük hörmət bəslədiyi aparıcı musiqi innovatorlarından biri kimi qəbul olunur.
"Jamiroquai" musiqi qrupu 2017-ci ildə "Automaton" adlı yeni albomunu çıxarıb. Sayca səkkizinci olan bu albomda insan, maşın və yer planeti arasında olan münasibətlər qeyri-adi üslubda təqdim olunub. Qrup "Automaton" albomu ilə öz fəaliyyətinin ən yüksək pilləsində olduğunu göstərib və hələ də qrupun dünya miqyasında böyük arenalarda keçirdiyi konsertlərin biletlərinin hamısı satılmaqda davam edir.
2018 Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi www.bakucitycircuit.com saytından əldə edə bilərlər.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həsən Osmanov vəfat etdi
-
Əməkdar artistin arxiv fotosu yayıldı
-
Azərbaycan Premyer Liqası: Son çempion "Sabah" ilk oyununa çıxır
-
FHN çimərliklərlə bağlı xəbərdarlıq edti
-
Moskva və Pekin İranı məğlub etməyin qiymətini həddən artıq artırır
-
Hörmüzü ABŞ ərazisi elan edəcək
-
"Qarabağ"dan getdi - Hava limanında görüntülənib
-
Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var
-
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
-
Bu gündən "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırıldı
-
Zülfiyyə Xanbabayevanın villasından görüntülər yayıldı - (Video)
-
Sumqayıtda 6 maşın toqquşdu: Yaralılar var
-
Tbilisi su altında qaldı
-
Müsəlman ölkəsində 7,7 bal gücündə zəlzələ oldu
-
"Qalatasaray" 10 nəfər qalan debütantla doğma meydanda bacarmadı
-
Nikol Kidman illər sonra Tom Kruzla evliliyindən danışdı
-
Nyu-Yorkda damların temperaturunu 25 dərəcəyə yaxın azaldan sadə üsul
-
Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin
-
Azərbaycanlı tanınmış bloqerlərin həyat yoldaşları ilə fotoları diqqət çəkdi - (Fotolar)
-
Xaricə gedənlər bu səhvlərə görə pul itirirlər
-
1000 at güclü yeni elektrikli “Jaguar”ın salonu - (Foto)
-
Türk məşhurlar övladları ilə çimərlikdə - (Fotolar)
-
Bu qidalar prostat xərçəngi riskini artırır
-
Azərbaycanlı məşhurların makiyajsız görüntüləri müzakirə yaratdı - (Fotolar)





