Ölkə

Həyat yoldaşı və 4 qızını öldürən Fərhada qardaşları da kömək edib - ŞOK İDDİA - FOTO

7 Dekabr 2017 18:03
8 Şərh     Baxış: 8 758

Salyan şəhərinin "Zavod" məhəlləsi adlanan ərazisində 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub.

Həyat yoldaşı və 4 qızını öldürüb zirzəmidə basdıran Mehmanın cinayət əməli ilə bağlı yeni iddialar ortaya atılıb.

Milli.Az xəbər verir ki, dəhşətli qətlin üstünün açıldığı "Xəzər" telekanalında, Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan verilişə ilk açıqlama Səmədova Təranə Rəşid qızı - Mehparənin (qətlə yetirilən ana) bibisi qızından gəlib:

"Mən onda şübhələndim ki, Mehparə həmişə bizə gəlib, gedirdi. Onun ərinin xasiyyəti pis olduğuna görə, biz onlara getmirdik. Mehparə özü həmişə bizimlə əlaqə saxlayırdı. Qəfildən o bizə gəlmədi artıq. Əmisi oğlanları öldü, gəlmədi. Dedik görən ona nə oldu?! Qohumlardan biri Fərhadı rayonda gördü, soruşub ki, "Hanı bəs, Mehparə, uşaqlar yoxdur?" Fərhad cavabında "Mehparə qızlarla Bakıya gedib, elə yerdə işləyir ki, sizə heç kim gəlməyəcək, getməyəcək. Nə də heç kimlə telefonla əlaqə saxlamayacaqsan" cavabını verib. Mən də qohum onu deyəndən sonra şübhələndim. Qardaşına dedim ki, get polisə müraciət et. Bacının başında nəsə var. Bizə zəng olundu. Deyildi ki, filan restoranda dava olub. Fərhadla Fəqanı tutub, bölməyə aparıblar. Fərhad ifadəsində "Öldürmüşəm! Arvadımı, 4 qızımı evin "padval"ında basdırmışam" 

Bacısı Dürdanə bu gün canlı yayımda studiyada olub. Xoşqədəm "Dürdanə hələ ilk dəfə efirə gələndə ilk sözü "Biz Fərhaddan şübhələnirdik" olub.

Mehparənin qardaşı Elman telefonla canlı efirə qoşulub:

"Qardaşları qonşusudur. Necə olur ki, 5 nəfəri öldürəsən, qardaşları qapı-qonşusudur, yanbayan. Mənə elə gəlir ki, onların xəbərləri olub. Gizlədiblər hammısı. Biri deyirdi Dubaya gedib, biri deyirdi Türkiyəyə gedib. Mən "pasportstol"da yoxlatmışdım. Oradan sərhədi keçmədiklərini demişdilər. Mən onlara arada baş çəkirdim. Fərhad fəhləlik edirdi. Bir az pul qazanıb, gəlib ayrıca otururdu. Konservayla arağı qoyurdu qabağına. Uşaqları acından öldürdü orada". 

Aparıcı Elmanın sözünü yarıda kəsib: "Mən düşünürəm ki, bu adam 5 nəfəri təkbaşına öldürə bilməz. Bu mümkün deyil! Oğlu Fəqan ana-bacısına qarşı necə idi?" sualı ilə ona müraciət edib.

Elmanın cavabını təqdim edirik:

"O tək öldürə bilməzdi. Ata-bala əlbir olublar. Bəlkə də onlara kömək edənlər də olub. Əmilərinin də bəlkə əlləri olub bu qətldə". 

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

8 Şərh:

  • Anonim
    ... · 7 Dekabr 18:1130

    Bu xəbəri oxuduqca halım pisləşdi

    Cavab yaz
  • Anonim
    Caresiz Qadinlar. · 7 Dekabr 18:2350

    Dovlet seviyyesinde belke bele aileleri nezere alib bir tedbirler goruler yeqin daha bundan oyanasi yoxdur.Bele eri terefinden eziyyet ceken ailelerin sayi 100-lerledir Seslerin cixaran kimi alkaqollu yaramaz erler ailelerinin basina bele oyunlar acirlar , dukan, market hara gedirsen araq satilir bu nedir Yiqisdirin bu zibilleri Komeksiz ailelere,qadinlara rehm edin Dovlet seviyyesinde her seye nezaret olunmalidir

    Cavab yaz
  • Anonim
    teselli · 7 Dekabr 19:0950

    ay qardas ay baci bu 3 ilde neynirdiz bes?subhelenerdiz erinnen niye gedib polise demirdiz?agzina geleni eri deyib sizde inandiniz. bizim millet beledide. biri bir soz dedi o saat hami ona inanar. bir yoxlamadan arasdirmadan. yaxshi agizlarina soz dusub dubaya gedib neblim ne...Allah sizin belanizi versin manyak ata ogul!!!!inwallah geberersiz it kimi

    Cavab yaz
  • Anonim
    SEVDA .Sabirabad · 7 Dekabr 19:1460

    İnsan necə əlinə dəmir parcası alıb bir insanı döyūb öldūrūr.Özūdə doğmaların.Vəhwi heyvan da balasını qoruyur.Vəhwidən də betərimiw bu məxluq.

    Cavab yaz
    • Anonim
      sənubər · 7 Dekabr 19:4940

      Son vaxtlar lap çoxallb qadını öldürənlər. Araq düşkünləri. Başına içkili halda nəsə vurmaq yenə anlamaq olar. Amça boğazını kəsmək? Qəssabdır, heyvan başı kəsib? Cəllad. Eləsinə öldürmək yox, İşgəncə vermək lazım. Ən ağır işgəncə

      Cavab yaz
  • Anonim
    Romi · 7 Dekabr 20:1950

    Insan cani bir qani bir ovladlarina qarsi nece bele qeddar ola biler.Dehsetdir.

    Cavab yaz
  • Anonim
    UZAQ DIYAR · 7 Dekabr 20:5080

    Nece qardashdilar bunlar,baci övladlari ile yoxa chixir,bunlar da 3 gözleyirler...Hechmi o oglunu kenara chekib,danishdirmaq olmazdi???Yaziq bedbext qadin,ne erden yarayib,nede öz qardashlarindan...Bes özünden xoshum gelmese de,heqiqeti deyen aktrisa Pervin bezi kishiler deyende,bu qatil kimileri deyirdi de...Onda hami ayaga qalxmishdi ki,Azerbaycan kishisine söz ola bilmez...Ne qeder qeddar olasan ki,öz dogma balalarina qiyasan ve serxosh ola -ola ,orda burda agzindan 3 il kelimede chixarmayasan...ALLAH xanimlarimizi,bundan beterinden de saxlasin.!.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.