Həyat yoldaşı və 4 qızını öldürən Fərhada qardaşları da kömək edib - ŞOK İDDİA - FOTO

7 Dekabr 2017 18:03

Salyan şəhərinin "Zavod" məhəlləsi adlanan ərazisində 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub.

Həyat yoldaşı və 4 qızını öldürüb zirzəmidə basdıran Mehmanın cinayət əməli ilə bağlı yeni iddialar ortaya atılıb.

Milli.Az xəbər verir ki, dəhşətli qətlin üstünün açıldığı "Xəzər" telekanalında, Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan verilişə ilk açıqlama Səmədova Təranə Rəşid qızı - Mehparənin (qətlə yetirilən ana) bibisi qızından gəlib:

"Mən onda şübhələndim ki, Mehparə həmişə bizə gəlib, gedirdi. Onun ərinin xasiyyəti pis olduğuna görə, biz onlara getmirdik. Mehparə özü həmişə bizimlə əlaqə saxlayırdı. Qəfildən o bizə gəlmədi artıq. Əmisi oğlanları öldü, gəlmədi. Dedik görən ona nə oldu?! Qohumlardan biri Fərhadı rayonda gördü, soruşub ki, "Hanı bəs, Mehparə, uşaqlar yoxdur?" Fərhad cavabında "Mehparə qızlarla Bakıya gedib, elə yerdə işləyir ki, sizə heç kim gəlməyəcək, getməyəcək. Nə də heç kimlə telefonla əlaqə saxlamayacaqsan" cavabını verib. Mən də qohum onu deyəndən sonra şübhələndim. Qardaşına dedim ki, get polisə müraciət et. Bacının başında nəsə var. Bizə zəng olundu. Deyildi ki, filan restoranda dava olub. Fərhadla Fəqanı tutub, bölməyə aparıblar. Fərhad ifadəsində "Öldürmüşəm! Arvadımı, 4 qızımı evin "padval"ında basdırmışam" 

Bacısı Dürdanə bu gün canlı yayımda studiyada olub. Xoşqədəm "Dürdanə hələ ilk dəfə efirə gələndə ilk sözü "Biz Fərhaddan şübhələnirdik" olub.

Mehparənin qardaşı Elman telefonla canlı efirə qoşulub:

"Qardaşları qonşusudur. Necə olur ki, 5 nəfəri öldürəsən, qardaşları qapı-qonşusudur, yanbayan. Mənə elə gəlir ki, onların xəbərləri olub. Gizlədiblər hammısı. Biri deyirdi Dubaya gedib, biri deyirdi Türkiyəyə gedib. Mən "pasportstol"da yoxlatmışdım. Oradan sərhədi keçmədiklərini demişdilər. Mən onlara arada baş çəkirdim. Fərhad fəhləlik edirdi. Bir az pul qazanıb, gəlib ayrıca otururdu. Konservayla arağı qoyurdu qabağına. Uşaqları acından öldürdü orada". 

Aparıcı Elmanın sözünü yarıda kəsib: "Mən düşünürəm ki, bu adam 5 nəfəri təkbaşına öldürə bilməz. Bu mümkün deyil! Oğlu Fəqan ana-bacısına qarşı necə idi?" sualı ilə ona müraciət edib.

Elmanın cavabını təqdim edirik:

"O tək öldürə bilməzdi. Ata-bala əlbir olublar. Bəlkə də onlara kömək edənlər də olub. Əmilərinin də bəlkə əlləri olub bu qətldə". 

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində