Laqeydlikdən bezən sakinlər - Bəlkə yataqxana çökə, onda köməklik edərlər?! - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2 ünvanındakı 17 saylı yataqxanada yaşayan sakinlərin adından Milli.Az-a növbəti dəfə şikayət məktubu daxil olub. Məktubda bəzi dövlət orqanlarının, demək olar ki, dağılmaqda olan yataqxanada məskunlaşmış insanların həyatına laqeyd münasibət göstərdiyi bildirilir:
"Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2-də yerləşən 17 saylı yataqxananın acınacaqlı şəraiti haqqında, yəqin ki, məlumata maliksiniz. Azərbaycanın bir neçə xəbər saytlarına "çox sağ ol" deyirik ki, yaşadığımız yataqxananın dözülməz şəraiti ilə bağlı xəbərləri ictimayyətə çatdırırlar. Hal-hazırda payız-qış mövsümüdür. İnanın, ağır və çətin günlərimiz başlayıb. Yaşayışımız təhlükədədir. Bizim əlimizdən yalnız aidiyyəti qurumlara müraciət edib köməklik istəmək gəlir. Lakin nəticə olmadığı üçün vətəndaş hüququmuzdan istifadə edərək aidiyyəti qurumlara tez-tez müraciətimizi davam etdiririk. Həmin qurumlar isə bizə yalnız şablon cümlələrin yer aldığı məktublarda cavab verirlər. Necə deyərlər, bir qurum, məktubu digərinə yönəldir. Belə dövlət orqanlarından Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyətini qeyd etmək olar. Adıçəkilən bu qurumların bizə yazdıqları şablon cavab məktublarından artıq bezmişik.
Belə yataqxana görməmisiz - Bədbəxt hadisəni gözləyən sakinlərin fəryadı - FOTO
Onsuz da, artıq 23 ildir ki yataqxanada ölümlə üz-üzə qalmışıq. Yataqxana 2 mərtəbəli köhnə tikilidir. Burada 30 ailə yaşayır. Onlardan 24-ü Cəbrayıl və Zəngilan rayonundan olan qaçqın və məcburi köçkün ailələləri, 7-si isə yerli sakinlərdir. Yataqxana qəzalı və dözülməz şəraitdə olduğu üçün həyatımızla mübarizə aparırıq. Divarlarda, döşəmədə, tavan hissəsində qırıntılar, çatlar olduğu üçün tez-tez uçqunlar baş verir. Yataqxananın döşəmə hissəsinin çökməsi səbəbindən 6 yaşlı körpə başından ağır xəsarət almışdır. Yataqxanada infeksiya daşıyıcısı olan həşəratlar vardır. Bu səbəbdən 4 yaşlı körpənin beyninə virus düşərək yataq xəstəsi olmuşdur. Yataqxananın bəzi sakinləri, xüsusilə də körpələr astma xəstəliyinə tutulublar. Buradakı elektirik xətlərində tez-tez qısa qapanmalar baş verir. Yataqxananın içi və çöl hissəsi kanalizasiya və yağış suları altında qalır. Hal-hazırda payız-qış mövsümüdür, ağır günlərimiz başlayıb. Dam hissəsi qəzalı vəziyyətdə olduğu üçün yağış suları yataqxananın içinə dolur. Daha hansını qeyd edək..? Bəlkə birdəfəlik yataqxana çökə, onda köməklik edərlər?!
Bakıda viran qalmış yataqxanadakı həyat - FOTO
Dəfələrlə müraciətlərimizdə yataqxanadakı bədbəxt hadisələr haqqında bildirmişik. Körpə uşaqlarımız infeksiyon xəstəliyinə tutulublar. Yataqxananın dözülməz şəraiti nəticəsində sakinlərin çoxu yataq xəstəsi olublar. Dəfələrlə aidiyyəti qurumların məsul şəxslərini yataqxanaya dəvət etmişik, lakin gəlmirlər. Elə bil biz başqa ölkədə yaşayırıq. Halbuki, 17 saylı yataqxanada şəhid, Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldıran idmançı və gənc alim ailələri yaşayırlar. Biz bu insanlarla fəxr edirik. Lakin şikayət etdiyimiz qurumlar - Bakı Şəhər İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyəti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu sakinlərlə heç maraqlanmırlar. Belə olduğu halda heç kimin bizi qınamağa haqqı yoxdur..."
Pünhan Mirzə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
Corcun qardaşı da nişanlandı - (Video)
XƏBƏR LENTİ
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat





