Belə yataqxana görməmisiz - Bədbəxt hadisəni gözləyən sakinlərin fəryadı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsi 2 ünvanında yerləşən 17 saylı yataqxanada yaşayan sakinlərdən Milli.Az-a şikayət xarakterli məktub daxil olub. Sakinlər bildirirlər ki, məskunlaşdıqları yataqxana qəzalı vəziyyətdədir, hər an uçub dağıla bilər. Müvafiq dövlət qurumlarının da bundan xəbəri var, lakin insanların taleyinə biganə yanaşılır:

"Neçə illərdir ki, yataqxanada dözülməz şəraitdə yaşayırıq. Əgər buna yaşamaq demək olarsa... Dözülməz yaşayış şəraitimizlə bağlı illərdir ki, yuxarılara həm rəsmi, eyni zamanda şifahi olaraq müraciət edirik. Həmin qurumlar bunu öz məktublar arxivində dəqiqləşdirə bilərlər. Düşünürük ki, niyə dərdimizə əlac edən yoxdur? Fikirləşirik ki, bəlkə yuxarılara çox müraciət etməyimizlə aidiyyəti qrumlar bunu adi hal kimi qəbul edirlər? Heç soruşan varmı ki, ey yataqxana sakinləri, nədir sizin dərdiniz, nə istəyirsiniz?

Söhbət bizim Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsi 2 ünvanındakı 17 saylı ikimərtəbəli yataqxanada ağır və dözülməz şəraitdə yaşamağımızdan gedir. Halbuki, bura daha çox cəhənnəmi xatırladır. Döymədiyimiz qapı qalmayıb. Dəfələrlə kollektiv şəkildə rəsmi dövlət orqanlarına müraciət etmişik. Yataqxanada 30 ailə yaşayır, bunlardan 24 ailə Cəbrayıl və Zəngilan rayonundan olan qaçqın və məcburi köçkün ailələri, qalan 6 ailə isə yerli sakinlərdir. Yataqxananın qəzalı və dözülməz şəraitdə olması səbəbindən yaşamaq uğrunda mübarizə aparırıq.

2016-cı ilin iyul ayında yataqxananın mətbəx və dəhlizinin tavan hissəsindən uçma hadisəsi baş verib. Sonra 6 yaşlı körpə mətbəxin çürümüş taxta döşəməsinin qırılması səbəbindən başından ağır xəsarət aldı. Bundan başqa, yataqxanadakı infeksiya səbəbindən 4 yaşlı körpənin beyninə mikrob düşüb. Yeriyə bilmir, yataq xəstəsidir. Baxın budur güzəranımız...

İki mərtəbəli yataqxana 1946-cı ildə tikilib. Hal-hazırda qəzalı vəziyyətdədir. Dəhlizdə, mətbəxdə, divarlarda, döşəmədə çatlar əmələ gəlib. Yağışlı havalarda, xüsusi ilə də qış aylarında yataqxananın içinə su dolur. Çat əmələ gələn divarlarda hər an uçma təhlükəsi var. Kanalizasiya, su xəttləri sıradan çıxıb, yataqxananın içərisində antisanitariya hökm sürür. Yataqxanada gəmiricilər və infeksiya daşıyıcısı olan həşəratlar məskən salıb. Burada yaşayan insanlar arasında infeksion xəstəliklər yayılıb. Bunu tibbi müayinə nəticəsində də təsdiq edə bilərlər. Körpə uşaqlar, xəstə və yaşlı insanların səhhətində ciddi problemlər yaranıb.

Çox təəssüf ki, bu qədər dözülməz şəraiti olan yataqxana sakinləri ilə maraqlanan yoxdur. Yataqxana Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin balasındadır, lakin Sabunçu Rayonu İcra Hakimiyyətinin yaşayış ərazisinə daxildir.
Fövqəlada Hallar Nazirliyinin əməkdaşları bir neçə dəfə yataqxanaya baxış keçirib və qəzalı vəziyyətlə bağlı müvafiq akt tərtib ediblər. Akt Bakı Şəhər İcra Hakimiyyətinə və Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim olunmuşdur. Bu qurumlar isə deyir ki, qaçqınların köçürülməsi tədbirlərini Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məşğul olur. "Qaçqınkom" isə neçə illərdir ki, eyni cavabı verir. Deyir ki, balansımızda boş mənzil yoxdur. Deməli, 30 ailənin (100 nəfərdən çox) həyatının təhlükədə olması heç kimi narahat etmir. Lakin əmin olun ki, belə davam edərsə, 17 saylı yataqxanada bədbəxt hadisənin baş verməsi qaçılmazdır..."
Pünhan Mirzə
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
XƏBƏR LENTİ
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)





