Ölkə

Bakıda 2 yeni küçə yaradıla bilər - "Torqovı" kimi

20 Noyabr 2017 13:34
0 Şərh     Baxış: 4 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda turizmin inkişafı məqsədilə Bakıda Nizami küçəsinin "Torqovı" adı ilə tanınan hissəsi kimi daha iki küçənin yaradılması ilə bağlı təkliflər var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.

K.Quluzadə qeyd edib ki, Mərkəzi Univermaqdan "5 mərtəbə"yə gedən küçələrin ikisinin avtomobil hərəkəti olmadan gəzinti küçəsi olması nəzərdə tutulur: "Bununla bağlı təkliflər var, lakin hansı qərarın veriləcəyi barədə indidən danışmaq çətindir".

K.Quluzadə, həmçinin bildirib ki, bələdçi akademiyasının yaradılması ilə bağlı təkliflər var: "Bir çox bələdçilər Azərbaycan tarixini və mədəniyyətini, yer adlarını düzgün bilmədiyi üçün turistlərə düzgün məlumat vermirlər: "Ona görə də istəyirik ki, peşəkar bələdçilər hazırlansın".

Onun sözlərinə görə, həmçinin Gürcüstanla birgə regional turizm paketlərinin hazırlanması nəzərdə tutulur: "Bu paket çərçivəsində turist həm Gürcüstana, həm də Azərbaycana səfər edəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.