Ölkə

Azərbaycan kifayət qədər valyuta ehtiyatlarına malikdir - Komitə sədri

22 Sentyabr 2017 17:13
Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan bu gün kifayət qədər valyuta ehtiyatlarına malikdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Bakıda Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi" mövzusunda keçirilən konfansın sessiya iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq borcalan ölkədən borc verən ölkəyə çevrilib.

Dünyanın ən aparıcı şirkətlərinin Azərbaycanda "Əsrin müqaviləsi" sazişinin müddətinin 2050-ci ilədək uzadıldığını deyən Z.Səmədzadə qeyd edib ki, bu, Azərbaycana yeni gəlirlər gətirəcək.

Z.Səmədzadə qeyd edib ki, Azərbaycanın dövlət büdcəsinin xərcləri ÜDM-dən xeyli yüksəkdir.

Komitə sədri əlavə edib ki, bu gün dövlət büdcəsindən səhiyyə sahəsinə məqsədli proqramlar üzrə vəsaitlər ayrılır: "Bu gün dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclərin 45-47 faizi məqsədli proqramlar üzrədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.