Ölkə

Ölkədə bəzi siniflərin təşkilində çətinliklər yaranıb

22 Sentyabr 2017 16:56
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda təmayüllü siniflərin təşkilində müəyyən çətinliklər meydana çıxıb.

Milli.Az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, bir çox kənd məktəbində paralel siniflər yoxdur, hətta bir sıra siniflərdə şagirdlərin sayı çox azdır, halbuki belə siniflərdə də istedadı və marağı ilə seçilən şagirdlər var. Şöbə müdiri qeyd edib ki, mümkün olduğu qədər onların da prosesdən kənarda qalmamasına çalışılıb: "Ona görə də, bir-birinə yaxın məsafədə yerləşən məktəblərdən qabiliyyətli uşaqları seçməklə şəraiti və maddi tədris bazası normal vəziyyətdə olan məktəbdə təmayüllü sinif təşkil edirik. Təmayülləşmənin hər hansı məktəbdə uğurla tətbiqi üçün orada ən azı 3 paralel sinif olmalıdır ki, seçim keyfiyyətli aparılsın. Ancaq bu, heç də həmişə mümkün olmur. Ona görə də uşaqların sayı, meyl və maraqları nəzərə alınmaqla bir sinifdə iki təmayülün tətbiqi təcrübəsindən yararlanmağı qərara almışıq. Tədris planları da bunun əsasında hazırlanıb. Məqsəd ondan ibarətdir ki, marağı və hər hansı fənn sahəsi üzrə təlim göstəriciləri yüksək olan uşaqlar kənarda qalmasınlar".

A. Əhmədov qeyd edib ki, ölkənin bir sıra ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqi üzrə təşkilati işlər yekunlaşıb. Onun sözlərinə görə, ötən dərs ilində IX sinfi bitirən şagirdlərin təxminən 40 faizə qədəri təmayüllü X siniflərdə yeni tədris planı və proqramlarla tədrisə başlayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.