Ölkə

Yavər Camalovun oğlu dəfn olundu

16 Sentyabr 2017 13:44
8 Şərh     Baxış: 7 612
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə dünyasını dəyişən müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov bu gün Bakıda dəfn olunub

Milli.Az-ın azvision.az-a istinadən məlumatına görə, mərhumun cənazəsi Şüvəlanda Mir Möhsün Ağa ziyarətgahının yaxınlığında yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. 

Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, ailəyə yaxın şəxslər iştirak ediblər. 

Nazir oğlunun yas mərasimi Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, 44 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən R.Camalovun iki övladı yadigar qalıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.