Ölkə

Bakıda ilk - 3 dildə svetofor - FOTO

9 Avqust 2017 10:23
1 Şərh     Baxış: 1 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın nəqliyyat sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən "Sovetski" layihəsi çərçivəsində salınan yeni yollarda nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə araşdırma aparılıb.

BNA-dan Milli.Az-a verilən məlumata görə, əldə edilən nəticəyə uyğun olaraq, layihə çərçivəsində salınan yollarda 251 ədəd müxtəlif təyinatlı yol nişanı quraşdırılıb. Nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi şəhərimizin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilib.

Yeni salınan yollarda hərəkət istiqamətlərini bildirən məlumat lövhələri qoyulub. Sözügedən ərazidə 17 ədəd piyada keçidi salınıb. Paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq, burada svetoforlarla nizamlanan piyada keçidləri xüsusi qırıq xətlərlə nişanlanıb. Piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün xəbərdaredici məlumatlar yazılıb. Paytaxtda xarici turistlərin olduğunu nəzərə alaraq, bu məlumatlar ingilis dilində də qeyd edilib. Bundan əlavə, svetofor dirəklərində də 3 dildə (azərbaycan, rus və ingilis) xəbərdaredici məlumat lövhələri quraşdırılıb. Fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin də rahat hərəkət etməsi üçün piyada keçidlərində ümumilikdə 34 ədəd pandus qoyulub. İlk dəfə olaraq məhz burada bəzi piyada keçidlərində yalnız sarı xəbərdaredici işığı olan svetofor quraşdırılıb.

Ümumilikdə ərazidə 44 ədəd svetofor obyekti quraşdırılıb. Bu svetoforların 8-i xüsusi sensorla təchiz edilib. Belə svetoforlar eyni zamanda, görmə qabiliyyəti məhdud olan şəxslərin yolu təhlükəsiz keçməsi üçün nəzərdə tutulub. Belə ki, piyada əllə sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər. "Sovetski" layihəsi çərçivəsində salınan yeni yollarda 8 ədəd avtobus dayanacaq pavilyonu da qoyulub. Bu dayanacaqdakı məlumat lövhələri də yeni tərtibatda dizayn edilib. Lövhədə danacaq məntəqəsinin ünvanı, ordan keçən marşrut xətləri ilə bağlı məlumatlar öz əksini tapıb.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.