Ölkə

Zərərçəkmiş MTN polkivnikinin azadlığını istədi - MƏHKƏMƏ - YENİLƏNİB

21 İyul 2017 12:01
Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:01

Ləğv olunan  Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə Mirəziz Əsgərovun vəkilləri iştirak etməyib.

Mirəziz Əsgərov prosesdə fasilə verilməsini, vəkillərinin iştirakının təmin edilməsini istəyib.
Zərərçəkmiş Vidadi Əzizovun nümayəndəsi bildirib ki, zərərçəkmiş səhhəti ilə bağlı prosesdə iştirak edə bilmir: "Biz vəsatət vermək istəyirik. Vəsatətimiz ondan ibarətdir ki, Mirəziz Əsgərov ev dustaqlığına buraxılsın, Vidadi Əzizova qarşı cinayət törədən digər MTN əməkdaşları məsuliyyətə cəlb olunsunlar".
 
Prokuror Vüqar Quliyev deyib ki, bu vəsatəti zərərçəkmişin özü verə bilər.
Proses iyulun 28-də davam edəcək.
 
Qeyd edək ki, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb.
Daha sonra Əsgərov Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb edib, amma son nəticədə 40 min manat alıb.

--------

11:37

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə M.Əsgərovun vəkillərinin məhkəməyə gəlmədiyi bəll olub.

Zərərçəkmiş Vidadi Əzizovun vəkili deyib ki, müvəkkili səhhəti ilə bağlı prosesə qatıla bilməyib. Həmçinin onlar M.Əzizovun ev dustaqlığına buraxılmasını istədiklərini bildiriblər və bu barədə vəsatət veriblər: "Vidadi Əzizova qarşı cinayət törədən digər MTN əməkdaşları məsuliyyətə cəlb edilsin".

Dövlət ittihamçısı deyib ki, bu barədə yalnız təqsirləndirilən tərəf vəsatət verə bilər.

Məhkəmə prosesi iyulun 28-də davam etdiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.