Ölkə

Almaniyadan Tovuza gələn qız sevdiyi oğlana görə özünü hündürlükdən atdı - VİDEO - FOTO

14 İyul 2017 11:15
9 Şərh     Baxış: 2 577

Almaniyadan Tovuz rayonuna gələn qız sevdiyi oğlana görə özünü hündürlükdən yerə atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, pəncərə silərkən 5-ci mərtəbədən yıxıldığı bildirilən qızın intihara cəhd etdiyi məlum olub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, iyulun 13-də günorta saatlarında rayonun Xəqani küçəsində yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsindən pəncərə silərkən yıxıldığı bildirilən, 1996-cı il təvəllüdlü Nərmin Elçin qızı Abbaszadənin sevdiyi oğlanın başqası ilə nişanlandığını eşitdikdən sonra  intihara cəhd edib. 

Belə ki, ata-anasının boşandığı gündən sonra anası ilə birgə Almaniyada yaşayan qız, Tovuzda yaşayan xalası qızının avqust ayında keçirilməsi nəzərdə tutulan toy mərasimində iştirak etmək üçün gəliblər. O, burada uzun müddətir ki, sevdiyi oğlanın başqa bir qızla nişanlandığı xəbərini eşidib. Bundan sarsılan 21 yaşlı qız özünü qonaq qaldığı xalasının mənzilinin pəncərəsindən yerə atıb. 

Hadisə şahidləri "Report"un yerli bürosuna bildiriblər ki, 3-cü mərtəbədəki paltar asılqanlarına dəyən qız daha sonra binanın yaxınlığındakı ağacın budaqlarına dəyərək yerə düşüb və ağır xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım maşınıyla Tovuz Rayonunun Mərkəzi Xəstəxanasına aparılan yaralı əməliyyat olunub və böyrəklərindən biri aldığı xəsarətdən sonra sıradan çıxdığına görə əməliyyatla götürülüb və lazımi tibbi yardımlar göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Valideyinlərinin tək övladı olan N.Abbaszadənin hazırda həyatı təhlükəsi davam edir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tovuzda 5-ci mərtəbədən yıxıldı, sağ qaldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 14 İyul 11:2371

    Hansisa oqlana gore omurluk ozunu sikest bedbext eledi.

    Cavab yaz
  • Anonim
    Zərif. · 14 İyul 11:3470

    Dəyməzi etdiyin bu fədakarıq. Sağlam vaxtında səni sevməyən birinə görə həyatının qalan günlərini şikəstliklə keçirməyə dəyməzdi. Peşaman olacaqsan amma ki, nə faydası. Sonrakı peşmançılıq fayda verməz. Təəssüf............

    Cavab yaz
  • Anonim
    Adsiz · 14 İyul 11:3530

    Kimese gore Allahin sene bu cure saglam verdiyi cana nece qiymaq olar?

    Cavab yaz
  • Anonim
    Usaglarimin anasi · 14 İyul 11:3633

    Agilsiz qiz.bu qizlar niye oz basina olur axi. Analar qizlarina lazimi qeder vaxt ayirmadihlari ucun olur

    Cavab yaz
  • Anonim
    Sam · 14 İyul 11:4130

    Bu qizin adi leyla olmali

    Cavab yaz
    • Anonim
      sehla · 14 İyul 13:2503

      axi siz ne bilirsiz ee sevgi nedir?

      Cavab yaz
      • Anonim
        Raul · 14 İyul 14:5000

        Sevgi ozunu pencereden atmaqdimi?

        Cavab yaz
    • Anonim
      Sam · 14 İyul 14:4700

      Bu hal hem yaxsi hem pis haldi ne deyesini insan bilmir

      Cavab yaz
  • Anonim
    aea · 14 İyul 13:1720

    Allah niyə ağıl vermir bu insanlara???? Yer üzündə başqa adam yoxdurmu??? Dəyməz axı belə şeyə görə intihar etmək... bununla nə əldə etmək olar...heçnə... Həyata davam edib belə səhvlərə yol vermək lazım deyil....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.