"Qeyri-neft sektorunu inkişaf etdirmək üçün hər cür şərait yaradılıb"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanın iqtisadi potensialı çox böyükdür. Biz özündə 9 iqlim qurşağını ehtiva edən unikal ölkədə yaşayırıq. Bizim zəngin yeraltı və yerüstü sərvətlərimiz var. Hətta bir damla neftimiz olmasa belə, biz dünyanın ən yaxşı ölkəsi kimi yaşamaq imkanlarına malikik. Amma əvvəlcə bu potensialı reallaşdırmaq lazımdır".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Fərəc Quliyev Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsinin yekunlarını şərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, ötən il ölkəyə 800 milyon manatlıq elə məhsulllar idxal olunub ki, onların hamısının ölkəmizdə istehsal olunması mümkündür: "Belə olan halda bu qədər valyutanı kənara çıxarmağa dəyməz. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün ölkədə hər cür şərait yaradılıb. Cənab prezident Yevlaxda keçirilən müşavirədə də sahibkarlara hansı yardımlar edildiyini sadaladı.

Onlara texnikaların, subsidiyaların verilməsi, münbit şəraitin yaradılması, bəzi subyektlərin vergidən azad olunması və s. məsələləri qeyd etdi. Dövlət başçısı qeyd etdi ki, indi yalnız qalıb ki, sahibkarlar işləməyə başlasınlar. Ölkə prezidenti tərəfindən ortaya strateji yol xəritəsi qoyulub. Özü də bu çox sanballı sənəddir. Artıq ümumi prinsip və göstərişlər verilib, vəsait də ayrılıb. İndi nazirliklər, məmurlar zəhmət çəkib bunu reallaşdırmalıdırlar ki, Azərbaycan iqtisadiyyatı qətiyyən neftin dünya bazarındakı qiymətindən asılı vəziyyətdə olmasın və qeyri-neft sektorunun hesabına ölkənin büdcəsi bizi tam qane edən vəziyyətdə olsun".

F.Quliyevin fikrincə, Azərbaycanın ümumiyyətlə idxaldan tam azad olması üçün hər cür imkanları var: "Prezident Yevlaxdakı müşavirədə çıxışında bir neçə sahələrə toxundu. Mən də tamamilə razıyam ki, istər xalçaçılıq və şərabçılıq, istər pambıqçılıq və ipəkçilik, istərsə də kənd təsərrüfatının digər sahələri olsun, burada istehsalı artırmaq imkanlarımız var. Bundan əlavə bir çox sahələr var ki, orada istehsalı təşkil etmək, artırmaq və məhsulları ixrac etmək olar".

Onun sözlərinə görə, Azərbaycanda ənənəvi sahələrlə yanaşı sənaye məhsulları da istehsal etmək, ən azından daxili tələbatı ödəmək mümkündür: "Vaxtilə Bakıda kondisionerlər zavodu var idi. İndi də burada müasir dövrün tələbinə cavab verən kondisioner, eləcə də soyuducu zavodları yaratmaq və istehsal etmək mümkündür. Əgər əhali gedib bazardan Çinin, Koreyanın, yaxud İranın hətta ən primitiv məişət məhsullarını, məsələn, masaüstü qaz plitəsini belə alırsa, bu normal hal deyil. Belə olmaz! Axı bu məhsulları biz özümüz də istehsal edə bilərik! Biz nəinki öz daxili bazarımızı təmin edə, hətta bunları kənara da ixrac edə bilərik. Bunun üçün imkanlar var. Yəni qeyri-neft sektorunda kənd təsərrüfatı məhsulları ilə yanaşı, sənaye məhsullarının da istehsalı nəzərdə tutulmalıdır.

Bizim STP kimi sənaye parklarımız var. Bu parklara elə dəzgahlar gətirilib ki, kosmik məhsullar belə istehsal etmək gücünə malikdir. Bizim belə imkanlarımı ola-ola niyə sənaye məhsullarını kənardan almalıyıq?! Bu çox ciddi məsələdir. Neftimiz kənara yalnız xammal kimi satılır. Biz onu yarımfabrikat və son məhsula çevirməyi də bacarmalıyıq. Biz nefti xarici ölkələrə xammal şəklində ixrac edirik, sonra isə onlar bizə onu yarımfabrikat və son məhsul şəklində baha qiymətə satırlar. Məncə bu sahələrdə irəliləyiş əldə etmək mümkündür. Əgər başlanğıc üçün ölkə prezidentinin verdiyi göstərişlərə əməl edilsə, arxasınca bu məsələləri də həll etməklə ölkə tamamilə idxal asılılığından qurtula bilər".
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Ofeliya Şabanovanın qardaşının məzarı önündə görüntüsü kövrəltdi – (Video)
-
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
DİM-dən abituriyentlərə xəbərdarlıq
-
Azərbaycanlı hüquqşünas ABŞ-də hüquq elmləri doktoru dərəcəsi aldı
XƏBƏR LENTİ
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Xersonda avtobus dronla vuruldu: 4 ölü, 5 yaralı var - (Foto)
-
Ofeliya Şabanovanın qardaşının məzarı önündə görüntüsü kövrəltdi – (Video)
-
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
-
Xameneinin qohumu həbs olundu
-
İran onları “persona non qrata” elan etdi
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
DİM-dən abituriyentlərə xəbərdarlıq
-
Azərbaycanlı hüquqşünas ABŞ-də hüquq elmləri doktoru dərəcəsi aldı
-
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn ediləcək - (Foto)
-
Xəzər sahillərində 1500 illik qızıl ayaqqabılar tapıldı - (Foto)
-
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (Foto)
-
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
-
Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)
-
Versalın altmış günü: vaxtı tamam olan kimi ölən razılaşma
-
Türkiyədə polis idarəsinin həyətinə dron düşdü - (Video)
-
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
-
Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü
-
İspaniyada ard-arda 3 zəlzələ oldu
-
Baş həkim işdən çıxarıldı
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - (Video)
-
Azərbaycanda avro bahalaşdı
-
Bloqer “By Ella” həbs olundu





