Ölkə

Yanan bina ilə bağlı iş geri qaytarıldı - Yenidən baxılacaq

19 Aprel 2017 18:04
0 Şərh     Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Apellyasiya Məhkəməsində 2015-ci il mayın 19-da Azadlıq prospektindəki binada 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə təqsirləndirilən şəxslər barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakimi İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi vəsatət verərək ilkin instansiya məhkəməsi zamanı qanun pozuntularını yol verildiyini bildiridiblər. Vəkillər qeyd edib ki, iclas protokollarında imzalar yoxdur. Bu səbəbdən işin Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını istəyiblər.

Məhkəmə kollegiyasının qərarı ilə vəsatət təmin edilib və iş yenidən baxılması üçün geri qaytarılıb.

Qeyd edək ki, 2017-ci il yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin binada üzləmə işlərini həyata keçirən "Global Construction" şirkətin təsisçisi Miryusif Mahmudov 8 il, direktoru Uğur Bəşirov 5 il, müavin Ələkbər Əsgərov 4 il, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, "JEK" müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.