Bakıdakı Formula 1 yarışlarında sürprizlər olacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu il 2017 Formula 1 Azərbaycan Qran prisi yarışlarının tamaşaçılarını bol sürprizlər gözləyir".

Bu barədə Milli.Az-a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, bu il Formula 1 yarışları ilə əlaqədar ötən ilkinə nisbətən təşkil edilən əyləncələrdə çoxlu fərqlər olacaq: "Düzdür, trasın konfiqurasiyası dəyişməz qalacaq, lakin tras boyu təşkil edilən əyləncələr bir qədər fərqli olacaq.

Çünki keçən il biz gördük ki, nələr insanları daha çox cəlb edir və daha çox nələrlə əylənmək istəyirlər. Bu marağı nəzərə alaraq həmin əyləncələri bu il artıracağıq.

Məsələn, uşaqlar üçün əyləncə zonaları çox olacaq. Bundan əlavə xüsusi çadırlar qurulacaq. Burada Azərbaycan mədəniyyəti təbliğ ediləcək, ölkəmizin mədəniyyət nümunələri təqdim olunacaq.

Xarici və ya yerli olmasından asılı olmayaraq, bütün bilet alan insanlar üçün yanaşma eyni olacaq. Həmin zonalara bilet alan insanlar daxil ola biləcəklər. Lakin burada fərq sadəcə 1, 3 və ya 4 günlük bilet alanlar arasında qoyulacaq".

Ən əsası, N.Arparadai əlavə edib ki, Bakıda dünya ulduzlarının iştirakı ilə konsertlər olacaq: "Konsertlər olacaq. Hələlik onların kimliyini açıqlamırıq, amma dünya ulduzları olacaq. Bununla bağlı yaxın zamanlarda ümumi məlumat paylaşılacaq. Ümumiyyətlə, çox şeylər olacaq.

İndiki mərhələdə bu barədə danışmaq hələ tezdir. Lakin yarış zamanı biletli tamaşaçılar gələndə onlara xüsusi broşurlar paylanacaq.

Broşurlarda həm yarışdan kənar bütün əyləncələrin cədvəli, həm hansısa müsabiqələr olacaqsa, bu barədə məlumatlar yer alacaq. Bundan əlavə, yenə də fanatlara Formula 1 pilotları ilə fotosessiya etmək, eləcə də onlardan avtoqraf almaq imkanı yaradılacaq. Əminik ki, bu il Formula 1 həvəskarları, fanatları, ümumilikdə əyləncə axtaran insanlar üçün maraqlı bir proqram olacaq".

Qeyd edək ki, bu il Bakıdakı Formula 1 yarışlarına ötən ilkindən qat-qat çox bilet satılıb. İndiki mərhələdə ümumilikdə artıq 47 ölkədən biletlər alınıb.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran prisi iyun ayının 23-dən 25-dək Bakıda keçiriləcək.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
eputatın oğlu məhkəməyə belə gətirildi - (Video)
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
XƏBƏR LENTİ
-
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
-
Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Yenilənib
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
“Barselona” Diomandedən imtina edib
-
Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
-
eputatın oğlu məhkəməyə belə gətirildi - (Video)
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
22 min insanı güllələdilər, Hitlerin üstünə atdılar – SSRİ-nin 1990-ci il NKVD etirafı
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
-
Azərbaycanlı futbolçu İspaniyada oynayacaq
-
Xalidə Gözəl vəfat etdi
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır





