Ölkə

Elməddin: ""Fəlakət" obrazını mənim komandam yaradıb"

1 Dekabr 2016 17:53
16 Şərh     Baxış: 4 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mənim çəkildiyim elə bir film yoxdur ki, əlimi qoyub deyim ki, bu filimim uğurludur. Mən, hələ ki, oynadığım ən yaxşı rolu oynamamışam. Dram janrında da oynamaq fikrim yoxdur, çünki özümü təsdiq etməyə ehtiyacım yoxdur.

Milli.Az xəbər verir ki, bu sözləri azxeber.com-a müsahibəsində tanınmış aktyor Elməddin Cəfərov deyib.
 
O deyib ki, Azərbaycanda ən böyük aktyor heyətinə malik aktyordur: "Azərbaycanda ən böyük komanda məndədir. Hazırda 36 nəfər aktyorla çalışıram. Ümumilikdə isə bu rəqəm 60-a çatır. Ən böyük komanda, əslində, bizdədir. İndinin özündə 4 komediya janrında film çəkirik. Sadəcə, bunları reklam etmirik. Başımızı aşağı salıb öz işimizi görürük. Mən artıq serial sahəsində sözümü demişəm. Hər şeydə damcı olmaqdansa, bir şeydə mükəmməl olmağı daha üstün tuturam".
 
Elməddin Cəfərov, həmçinin deyib ki, "Bozbaş Pictures"də məşhurlaşan Fəlakət obrazını onların komandası yaradıb: ""Fəlakət"in obrazının ssenarisini kim yazıb? Heç bu barədə maraqlanmısız? "Fəlakət"i bizim komandamız yaradıb. "Bozbaş Pictures"in ssenarisini biz yazırıq, amma biz çəkmirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.