Fövqəladə hallarda pullarımız necə olacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə hallarda banklar arasında hesablaşmalar 2 saat ərzində bərpa ediləcək
Azərbaycanda banklar fövqəladə hallar zamanı ölkə ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) fəaliyyəti iki saatdan gec olmayaraq təmin etməlidir.
Milli.Az APA-ya istinadən bildirir ki, bu, Mərkəzi Bankın İdarə Heyətinin təsdiq etdiyi "Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları"nda əksini tapıb.
Azərbaycan Respublikasının ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan AZIPS və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin iştirakçıları arasında hesablaşmaların aparılması qaydalarını tənzimləyir. Sistem əhəmiyyətli iştirakçı AZIPS və ya XÖHKS-də ödəniş əməliyyatları həyata keçirən bank və Mərkəzi Bank tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxsdir. Qaydaya əsasən Mərkəzi Bank tərəfindən hər növbəti ilin yanvar ayının 25-dən gec olmayaraq əvvəlki ilin yekun göstəriciləri əsasında sistem əhəmiyyətli iştirakçılar müəyyən edilir və bu barədə aidiyyəti iştirakçılar yazılı formada məlumatlandırılır. Fövqəladə hallar zamanı AZIPS və XÖHKS-də fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə sistem əhəmiyyətli iştirakçının fövqəladə hallarda fəaliyyətinin davamlılığı və bərpa planları olmalıdır. Fövqəladə hallarda fəaliyyətin davamlılığı planı və bərpa planı ildə bir dəfədən gec olmayaraq yenilənməlidir.
Fövqəladə hallarda bərpa planı müxtəlif mümkün ssenariləri, o cümlədən təbii fəlakət, avadanlığın sıradan çıxması səbəbindən prosesin dayanması, terrorçuluq, kənardan müdaxilə, rabitə kanallarının kəsilməsi nəticəsində dayanmaları və digər mümkün halları əhatə etməlidir. Bu ssenarilərin hər biri üzrə iki saatdan gec olmayaraq AZIPS və XÖHKS-də fəaliyyətin bərpa edilməsi nəzərdə tutulmalıdır. Sistem əhəmiyyətli iştirakçı tərəfindən ehtiyat mərkəz yaradılmalı və əsas mərkəzdə istifadə olunanla eyni olan əsas infrastruktur avadanlığı, sistem konfiqurasiyası (texniki və proqram təminatı üzrə yeniliklər və dəyişikliklər), alternativ rabitə xətləri, dayanıqlı elektrik cərəyanı, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Avadanlıqların texniki vəziyyəti dövrü olaraq nəzərdən keçirilməli və yenilənməlidir. Ehtiyat mərkəz istənilən anda əməliyyatların aparılmasına hazır olmalı, işçi heyətinin fövqəladə hal aradan qaldırılanadək fəaliyyətinin davam etdirilməsi üçün lazımi şəraitlə təmin edilməlidir. Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallara hazırlıq səviyyəsini yoxlamaq üçün ən azı rübdə bir dəfə real vaxt rejimində ödəniş sistemlərində iştirakını ehtiyat mərkəz vasitəsilə təmin etməlidir. Nəzərdə tutulmuş əməliyyatların nəticəsi uğursuz olduqda, sistem əhəmiyyətli iştirakçı növbəti iki ay ərzində ehtiyat mərkəz vasitəsilə real vaxt rejimində əməliyyatların aparılmasını təmin etməlidir. Sistem əhəmiyyətli iştirakçı bu fəaliyyətləri həyata keçirməmişdən 5 iş günü əvvəl bu barədə Mərkəzi Banka məlumat (elektron və ya kağız daşıyıcılarda) verməlidir. Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzdə həyata keçirdiyi fəaliyyəti başa çatdırdıqdan sonra nəticəsi barədə hesabatı 7 iş günü müddətində Mərkəzi Banka yazılı formada təqdim etməlidir. Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallarda fəaliyyətinin davamlılığının təmin olunması üçün sorğuların cavablandırılması və məlumat mübadiləsinin aparılmasına məsul olan əməkdaşları (əsas və əvəzedici şəxslər) təyin edərək onları təlimatlandırmalı, həmçinin bu əməkdaşlar haqqında hər ilin fevral ayının 25-dən gec olmayaraq Mərkəzi Banka yazılı məlumat (adı, soyadı, vəzifəsi və əlaqə məlumatları) verməlidir. Məsul əməkdaşlar dəyişdirildikdə yeni təyin edilmiş şəxslər haqqında yazılı məlumat 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilir.
Sistem əhəmiyyətli iştirakçı AZIPS və XÖHKS-də fəaliyyətinin dayanmasına səbəb olmuş halları qeydə almalıdır. Bu hallar baş verdikdən sonra ən geci 3 iş günü müddətində hadisənin təfsilatı, o cümlədən baş verdiyi tarixi, onun aradan qaldırıldığı müddəti və görülən işlərin açıqlanması haqqında məlumatı Mərkəzi Banka yazılı formada təqdim etməlidir. Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzi ilə əsas mərkəz arasında əsas proqram təminatları üzrə məlumat mübadiləsinin təşkilinə dair tərtib edilmiş topoloji diaqramı və ehtiyat mərkəzin yerləşdiyi ünvan barədə məlumatı hər ilin fevral ayının 25-dən gec olmayaraq Mərkəzi Banka təqdim etməlidir.
Qeyd edək ki, yeni Qaydanın təsdiqi ilə əlaqədar "Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar arasında hesablaşmaların aparılması Qaydaları" ləğv edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Qazancım yoxdur, geyimimə, layihələrə yatırım edə bilmirəm"
-
Millimiz dünya çempionatında ikinci qələbəsini qazandı
-
Cəfər Əsədova yüksək vəzifə verildi
-
ABŞ-də güclü zəlzələ oldu
-
Şəhid atası vəfat etdi - FOTO
-
Rövşən Muradov vəfat edib
-
“Mən olmasaydım, İsrail mövcud olmazdı”
-
Oğurladığı 10 mini görün nəyə xərclədi - VİDEO
-
Velosiped sürən uşağı maşın vurdu
-
Küveyt onlara 24 saat vaxt verdi
-
Kafedən oğrluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı
-
20 yaşındakı arzusunu 30 il sonra gerçəkləşdirdi
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlər silsiləsi uğurla davam edir - FOTO
-
Bakıda məşhur siqaret yoxa çıxıb - Satış nöqtələrində tapılmır
-
Azərbaycanlı müğənni saçlarını kəsdi - FOTO
-
Paşinyandan göyərçin şousu - VİDEO
-
PFL-in prezidenti postuna iddialı namizəd
-
Bakılı qadın Rusiyada nazir təyin olundu
-
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir
-
Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib - FOTO
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində estrada-caz axşamı keçirilib - FOTO
-
“Retro Dalğası” konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadıb - FOTO





