Vergidən yayınmanın qarşısını almaq üçün maraqlı təklif
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin əvvəlindən sadələşdirilmiş vergi ödəyiciləri üçün ardıcıl 12 aylıq dövrün istənilən ayında və ya aylarında vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manata qaldırılıb. Eyni zamanda, dövriyyəsi 200 min manatı ötən ticarət və ictimai iaşə ilə məşğul olan şəxslərə də sadələşdirilmiş vergi ödəyicisi olmaq imkanı verilib. Bir şərtlə ki, dövriyyədən müvafiq olaraq 6% və 8% ödəsinlər. Bu dəyişikliklərin edilməsi bir neçə səbəbdən doğrudur. Amma hesab edirəm ki, sadələşdirilmiş vergi ödəyiciləri üçün dövriyyənin məbləği də artırılmalıdır və artıq bunun zamanı çatıb.
Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qalib Toğrul bildirib.

İqtisadçı irəli sürdüyü təklifi belə əsaslandırıb: "Çünki bu dəyişikliklər 2016-cı ilin 1 yanvarından qüvvəyə minsə də, bir neçə ay, 2015-ci ilin sonlarında - əvvəlcədən layihə şəklində hazırlanıb və parlamentə müzakirə üçün təqdim olunub. Yəni dövriyyənin 200 minə qaldırılması ilə bağlı təkliflər hazırlananda hələ ikinci devalvasiyanın olacağı, manatın birdən-birə təxminən 50 faiz ucuzlaşacağı məlum deyildi. İkinci devalvasiyadan sonra isə 200 min manat artıq o qədər də böyük məbləğ deyil. Bu, təxminən 134 min dollar edir. Devalvasiyadan əvvəl sadələşdirilmiş dövriyyənin yol verilən maksimum həddi - 120 min manat isə o vaxtkı kursla, yəni "1 dollar = 1.05 manat" olanda 114 min dollar idi. Deməli, dollar ifadəsində sadələşdirilimiş dövriyyə vur-tut cəmi 20 min dollar artırılıb ki, bu da mövcud qiymət artımı ilə adekvat deyil.
Sadələşdirilmiş vergi ödəyiciləri əsasən kiçik bizneslə, xüsusilə ticarətlə məşğul olanlardır. Onların da satdıqlarının əksəriyyəti dollarla xaricdən idxal olunan məhsullardır ki, artıq belə məhsulların qiymətləri əhəmiyyətli dərəcədə artıb".

Q.Toğrul hesab edir ki, dövriyyənin məbləğinin az olması vergidən yayınma hallarını artırır: "Sadələşdirilmiş dövriyyənin məbləğinin aşağı olması müxtəlif neqativ meyllərə yol açır və hesabatlılıq baxımdan mürəkkəbliyi ilə seçilən ƏDV ödəyicisi olmaq istəməyən, vergini 4% əvəzinə 6%-lə, 8%-lə ödəməyin onları müflis etdirəcəyini düşünən sahibkarları vergidən yayınmağa təşviq edir. Hər halda Vergilər Nazirliyi bu haqda düşünsə, yaxşı olar. Fikrimcə, bu ildən başlayaraq ildə bir neçə dəfə Vergilər Məcəlləsinə dəyişiklik edilməsi təcrübəsi yaşayan Nazirlik üçün bu o qədər də çətin olmaz".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
XƏBƏR LENTİ
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov





