Ölkə

Mayor İmanovun son döyüşü: Talış yüksəkliklərində igidlik dastanı...

15 Aprel 2016 14:42
25 Şərh     Baxış: 7 190

1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirərək Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib.

Milli.Az bildirir ki, şəhid zabitin yaxınları virtualaz.org-a deyiblər ki, Türkiyə Cümruhiyyətində "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarında, habelə "Anadolu-2007", "Anadolu Qartalı-2007" birgə taktiki təlimlərində, Pakistanda "Ləpirçi və antiterrorist" kurslarında, İsveçrə krallığında "Dağ təlimi" kursunda, Rumuniya Respublikasında "Dağa dırmanma üzrə təlimatçı kursunda iştirak edib.

2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin muavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində çalışıb.

Qısa bir xidməti müddətdə 6 medalla təltif olunan azsaylı hərbçilərdən olub.

Mayor Samit İmanov xüsusi təyinatlı hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşunun komandan köməkçisi vəzifəsini icra edib. 2014-cü il avqust ayında erməni təxribatının qarşısını almaq ücün Samidin dəstəsi əməliyyat kecirmiş, 20-yə yaxın ermənini məhv edərək geriyə qayıtmışdı.

2016-cı ilin aprelin 3-dən 4-nə keçən gecə ömrünü vətənə, millətinə həsr etmiş zabitimizin son döyüşü olub.

Mayor Samit İmanovun və komandiri, şəhid polkovnik-leytenant Murad Mirzəyevin başcılıq etdiyi qruplar düşmən təxribatlarının qarşısını almaq üçün komandanlığın əmrinə əsasən Talış yüksəkliklərindəki erməni postlarını darmadağın ediblər, onlarla düşmən əsgəri məhv edilib.

Atışmada qəhrəman zabitimiz çiynindən və ayağından yararalanıb. Samit bu gün yaşaya bilərdi bəlkə də, onda yüksək zabit və komandirlik qüruru olmasaydı. Atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından cıxarmasına etiraz edib, yaralı gizirin çıxarılmasını əmr edib. Əsgərlərinin etirazına baxmayaraq əmrin icra edilməsi ücün qəti göstəriş verib.

Ərazidən uzaqlaşan qrup təhlükəli olmasına baxmayaraq, tez zamanda yenidən oraya qayıdıb, amma komandiri yerində tapa bilməyiblər. Gecədən səhərə qədər axtarışlar nəticə verməyib. Bununla belə, cəsur komandirin cəsur əsgərləri həyatlarını riskə ataraq günün-günorta cağı, döyüş gedə-gedə ərazini yenidən axtarıblar və bir kolluqda komandirin cansız bədəni ilə qarşılaşıblar. Cəsur komandir mayor Samit İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra düşmən əlinə keçməmək ücün yaralı halda kolluqda maskalanıb və qumbaranı sinəsi üstündə saxlayaraq arxası üstə uzanıb. Amma aldığı yaralardan axan qan ölümünə səbəb olub, gözlərini canından artıq sevdiyi vətəni, milləti üçün birdəfəlik yumub.

Samit bu gün aramızda olmasa da onun yetişdiriyi oğullar yağı düşməndən şəhid qardaşlarımızın qisasını alacaq.

Ən təsirlisi həm də odur ki, şəhid mayorla orta məktəbdə bir sinifdə oxuyan Səid də bir neçə il əvvəl Murovdağda xidmət edərkən şəhid olub...

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Milli.Az

Şərh yaz:

25 Şərh:

  • Anonim
    samir · 15 Aprel 2016 14:4810

    Allah bütün şəhidlərimizə rəhmət etsin

    Cavab yaz
  • Anonim
    ♡♡♡ · 15 Aprel 2016 14:5220

    Can Qardaşim can .ALLAH rehmet elesin.

    Cavab yaz
  • Anonim
    Murad · 15 Aprel 2016 14:5510

    computer arxasinda belə sərbəst otura biliriksə, bunlari belə qardaşlarımıza borcluyuq. Allah rəhmət eləsin qardaş sənə....Bütün xalqımız sənə borcludur şəhidim....

    Cavab yaz
  • Anonim
    --- · 15 Aprel 2016 15:0010

    Allah rehmet elesin hamisi da yar-yarawiqli igidler Allah sizi bildiyi kimi elesin ermeni vehwileri lehnet olsun duwmana

    Cavab yaz
  • Anonim
    QFB · 15 Aprel 2016 15:0410

    Allah rehmet elesin(((

    Cavab yaz
  • Anonim
    Elmar Sadiqov · 15 Aprel 2016 15:1910

    Allah sene rehmet etsin ruhun qarwinda baw eyirem eziz qardaw

    Cavab yaz
  • Anonim
    neftcala · 15 Aprel 2016 16:0500

    Neftcalamizin fexri,neftcala rayonun Hesenabad kendindendi ..Vallah oxuduqca qurur duydum .birterefden sevinc birterefden keder burudu meni .Yaralandi yarasida agir deyilmiw ama o yene doyuwdu belkede helede sagidi qismet....canim torpagim Neftcalam qoynunda o qeder wehitler uyuyurki!!!!!

    Cavab yaz
  • Anonim
    sefa · 15 Aprel 2016 16:0600

    allah butun veten uxrunda sehıd olan eskerlerimize rehmet elesın qısa omürlerinı vetene feda etdıler onların ruhu şad olar torpaqlarımız azad olunsa lnanınkı oxuyuram axlayıram elımnan hecna gelmır bır soznan allah güc qüvveteversın

    Cavab yaz
  • Anonim
    insan · 15 Aprel 2016 16:0600

    Bele ogula Milli qehraman adi vermek lazimdir....tesūbki ölūmūndən sonra olsada......

    Cavab yaz
  • Anonim
    insan · 15 Aprel 2016 16:0800

    Allah rəhmət etsin.....

    Cavab yaz
  • Anonim
    Fikirli · 15 Aprel 2016 17:4300

    Allah rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    Neftçala · 15 Aprel 2016 18:4400

    Eşq olsun belə oğullara

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 15 Aprel 2016 18:5700

    Allah rəhmət eləsin

    Cavab yaz
  • Anonim
    Valideyn · 15 Aprel 2016 20:2300

    Azerbaycanin fexri Sehidler!ALLAH mekaninizi CENNET etsin!Qaniniz yerde qalmayacaq,INSALLAH

    Cavab yaz
  • Anonim
    ((( · 15 Aprel 2016 20:4700

    Hər bir şəhidimiz də necə də istedadlı olub, çox üzüldüm çox ((((( Cənab Mayorumuz, ruhun şad olsun...

    Cavab yaz
  • Anonim
    ... · 15 Aprel 2016 23:3000

    Allah rehmet elesin. Dehshetli ve bir o qeder de yuksek qehramanliq gosterer shehid olub Cenab Mayor. Ruhundan uzr isteyirik, biz saq, Sizse veten uqrunda oz caninizi heche sayibsiz. Allah sizin ailenize komek olsun. Bu merdliyiniz ailenizin butun uzvlerinin heyatina ciraq olsun. Allah butun herbichilerimizi qorusun!! Amin.

    Cavab yaz
  • Anonim
    Amil · 16 Aprel 2016 09:5400

    Shehidler ikinci defe dunyaya gelirler ve ideala cevrilirler.

    Cavab yaz
  • Anonim
    Amil · 16 Aprel 2016 09:5600

    shehidler ikinci defe dunyaya gelirler ve ideala cevrilirler

    Cavab yaz
  • Anonim
    TN · 24 Aprel 2016 09:2700

    Adın mübarək olsun Qəhrəmanım!Allah Seni rəhmət etsin şəhidim!Rəbbim Seni hz.Mühamməd Mustafa hörmətinə,hz.Əli Mürtəza hörmətinə hz.İmam Hüseynlə məşhur etsin,Kərbəla şəhidlərinə qonşu etsin igidim! Amin! Neftçalanın əziz balası.

    Cavab yaz
  • Anonim
    neftcalali muelime · 2 May 2016 17:5100

    halaldi vetenin coreyi sene eziz hemyerlim,senin kimi oqullara namerdin hamisi qurban olsun.

    Cavab yaz
  • Anonim
    muwfiq · 15 Noyabr 2016 17:3800

    Ayin 12 si qebr ustunda idim.sag olsunlar layiqli duzeldible.ama onun yanindaki qarabaq wehidlari da veten ugrunda helak olub.gedin qebirlarine baxin aqlaylari yere duwub.aidiyati qurumlar bunu duzeltmaya imkaniniz yoxdusa men qayidib duzeltdiraram

    Cavab yaz
  • Anonim
    PƏRVANƏ · 7 Aprel 2017 23:5600

    ALLAH ŞƏHİDLƏRİMİZİ RƏHMƏT EYLƏSİN

    Cavab yaz
  • Anonim
    PƏRVANƏ · 7 Aprel 2017 23:5800

    Allah Bütün Şəhidlərimizə Rəhmət Eyləsin

    Cavab yaz
  • Anonim
    1220124 · 12 İyul 2017 23:0400

    veten sagolsun

    Cavab yaz
  • Anonim
    1220124 · 12 İyul 2017 23:0400

    v

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.