Ölkə

Xanhüseyn Kazımlı: "Nə üçün?!"

28 Yanvar 2016 07:22
Baxış: 1 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biz ulu öndər Heydər Əliyevin qayğıları nəticəsində indiyədək çətinliyə düşməmişik. Amma indi, çətinlik ərəfəsində, kənara gedən hər bir qəpiyimizin qədrini bilməlyik. Onlar Azərbaycanda qalmalı, ölkəmizə yönəlməlidir.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Xanhüseyn Kazımlı prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə iqtisadiyyatının inkişafı, idxaldan asılılığın azaldılması və s. məsələlərə dair fikir və tapşırıqları ilə bağlı münasibətini bildirərkən deyib.

Onun fikrincə, sahibkarlarımız pullarımızın qədrini bilməli və ondan ölkə üçün səmərəli istifadə etməlidirlər:

"Nə üçün biz pul ödəyib taxılı kənardan almalıyıq?

İrana gedin, orada yerli istehsaldan başqa bir dənə də olsun maşın görməzsiz. Biz nə üçün 150 min verib maşını kənardan almalıyıq? 80 minə alıb gətirirlər, 150 minə satırlar, pullarımızı da xaricə aparırlar.

Cənab prezident düz deyir. Nə üçün biz mebeli kənardan almalıyıq? 11 iqlim qurşağının 9-u Azərbaycanda var. Burada mebel üçün hər cür ağaclar var. Nə üçün də mebel sənayesi inkişaf etdirilməməlidir?

Nə üçün biz intellektual mülkiyyətimizə çox xor baxırıq, onu inkişaf etdirmək üçün iş görmürük? Nə üçün biz gənclərimizin 50 min, 100 min xərc çəkib, oxudub qaraciyər, böyrək və s. ixtisaslar üzrə kənarda təhsil axtarmasına yol veririk?

Ona görə də cənab prezident tamamilə doğru deyir. Bizim məmurlarımız, nazirliklərin komandası bu işdə diqqətli olmalıdır".

X.Kazımlının sözlərinə görə, dövlət başçısının tapşırıqları tezliklə icra olunmalı, ölkədə sahibkarlıq inkişaf etdirilməlidir:

"Bəzən bizdə sahibkarlıq deyəndə bəziləri elə kənd təsərrüfatını nəzərdə tuturlar. Amma sahibkarlıq təbii insan subyektlərində də var. Sahibkarlığın intellektual sahələri də var. Məsələn, sahibkar var ki, mühasibatlıq, dərs, elm, vətənpərvərlik və s. öyrədir. Ona görə də sahibkarlığın müxtəlif sahələrini inkişaf etdirməliyik".

İlkin İzzət

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.