DSX general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı nekroloq yayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Sərhəd Xidməti (DSX) general-mayor Abbasəli Ramazan oğlu Novruzovun vəfatı ilə bağlı nekroloq yayıb.
Milli.Az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan sərhəd mühafizəsinin inkişafında mühüm xidmətləri olmuş, uzun illər dövlət sərhədlərimizin etibarlı mühafizəsinə şərəflə xidmət etmiş, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini - Sərhəd Qoşunlarının komandanı vəzifəsində çalışmış general-mayor Abbasəli Ramazan oğlu Novruzov 16 avqust 2026-cı il tarixində, ömrünün 90-cı ilində vəfat edib.
Abbasəli Ramazan oğlu Novruzov 25 may 1937-ci ildə Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Zeytə kəndində anadan olmuşdur.
Həyatının böyük hissəsini sərhədçi peşəsinə həsr edən Abbasəli Novruzovun hərbi xidmət yolu sıravi əsgər kimi başlamış, yüksək peşəkarlığı, zəngin təcrübəsi, prinsipiallığı və Vətənə sədaqəti sayəsində məsul vəzifələrədək yüksəlmişdir. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Məktəbinin hüquq bölməsini, daha sonra Dövlət Təhlükəsizlik Akademiyasını bitirmiş, hüquqşünas, hərbi tərcüməçi və əməliyyatçı kimi xidmət etmişdir.
Peşəkar fəaliyyətinə və hüquq sahəsində xidmətlərinə görə 1979-cu ildə "Azərbaycan SSR əməkdar hüquqşünası" fəxri adına, həmçinin "SSRİ DTK-nın fəxri əməkdaşı" adına layiq görülmüşdür.
Müstəqilliyimizin ilk illərində dövlət sərhədlərinin mühafizəsinin möhkəmləndirilməsi, milli sərhəd mühafizə sisteminin formalaşdırılması və Sərhəd Qoşunlarında idarəetmənin təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Belə mürəkkəb bir dövrdə Ümummilli Lider Heydər Əliyevin qərarı ilə Abbasəli Novruzov 8 aprel 1994-cü ildə yenidən sərhəd mühafizəsi sıralarına qaytarılmış, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini - Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdir.
Azərbaycanın müstəqil dövlət olaraq öz sərhədlərini milli qüvvələri hesabına qoruması prinsipini ardıcıl müdafiə edən Abbasəli Novruzov beynəlxalq və regional görüşlərdə ölkəmizin dövlətçilik maraqlarını qətiyyətlə ifadə etmişdir. Onun "Azərbaycan müstəqil dövlətdir, öz sərhədlərini özü qorumalıdır" mövqeyi müstəqil milli sərhəd mühafizə sisteminin qurulmasına yanaşmasının əsas mahiyyətini əks etdirmişdir və Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə, dövlət təhlükəsizliyinin, sərhədlərimizin etibarlı mühafizəsinin təmin olunmasında xidmətlərinə görə "Şöhrət" ordeni və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
General-mayor Abbasəli Ramazan oğlu Novruzovun uzun və şərəfli xidmət yolu, dövlət sərhədlərimizin mühafizəsinin təşkilində göstərdiyi xidmətlər və Azərbaycan sərhədçisinin peşəkar ənənələrinin formalaşmasına verdiyi töhfələr daim ehtiramla xatırlanacaqdır.
Abbasəli Ramazan oğlu Novruzovun əziz xatirəsi onu tanıyanların, silahdaşlarının və sərhədçilərin qəlbində daim yaşayacaqdır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi general-mayor Abbasəli Novruzovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
General-mayor Abbasəli Novruzovun dəfn mərasimi 17 Avqust 2026-cı il tarixində, saat 10:00-da Hərbi Memorial Məzarlıqda keçiriləcəkdir".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur - (Video)
-
DSX general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı nekroloq yayıb
-
Masazırda spirtli içki üstündə dava - Saxlanılan var - (Video)
-
Samuxda qəza - Ata və oğlu xəsarət aldı
-
Reha Muhtardan qalan miras açıqlandı
-
Xuraman Şuşalı - “Həyat yoldaşıma corab geyindirməyə vaxtım yoxdur“
XƏBƏR LENTİ
-
Bürc Xəlifəni belə geridə qoyacaq: 1 kilometrlik nəhəng binanın 430 metri tamamlandı - (Foto)
-
Telefonunuzu sıradan çıxaran ən çox yayılmış səhv
-
Qoz mürəbbəsi hazırlamağın 4 əsas sirri
-
Günün qoroskopu: Liderlik qabiliyyətinizlə diqqət çəkəcəksiniz
-
Bölgələrdəki avtomobil bazarlarında qiymət əl yandırır - (Video)
-
Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur - (Video)
-
Yumşaq toyuq döş ətinin sirri qazlı su imiş
-
Ronaldo boşansa, Corcinaya ömürlük ayda 100 min avro ödəyəcək
-
DSX general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı nekroloq yayıb
-
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
-
Azərbaycan güləşçisi dünya çempionatının finalında
-
Masazırda spirtli içki üstündə dava - Saxlanılan var - (Video)
-
Göylərmiş kartofdan istifadənin fəsadları açıqlandı
-
Samuxda qəza - Ata və oğlu xəsarət aldı
-
Reha Muhtardan qalan miras açıqlandı
-
Mahir Emreli qol ötürməsi verdi
-
Xuraman Şuşalı - “Həyat yoldaşıma corab geyindirməyə vaxtım yoxdur“
-
“Böyük pullar vəd edilsə də, “Neftçi”dən getmərəm” - Yuri Vernidub
-
Nicat İsmayılov vəfat etdi
-
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
-
Cared Kuşner Misirdə HAMAS liderləri ilə görüşüb
-
Rafet El Romandan etiraf: “Botoksun dozasını aşdım”
-
Muğanlı-İsmayıllı yolunda ağır qəza - Xəsarət alanlar var - (Video)
-
Ronaldo və Corcinanın nikahından görüntülər - (Foto/Video)





