Bakıda kirayə mənzillər UCUZLAŞACAQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tədris ilinin bitməsi Bakıda kirayə mənzil bazarına hər il təkrarlanan mövsümi təsir göstərir. Xüsusilə iyun ayından etibarən tələbələrin şəhəri tərk etməsi kirayə evlərə olan tələbatı azaldır və bu da bazarda qiymətlərin sabitləşməsinə, bəzi hallarda isə cüzi enişə səbəb olur.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov Milli.Az-a bildirib ki, hazırda Bakıda kirayə mənzil qiymətləri ərazi və mənzilin şəraitindən asılı olaraq geniş diapazonda dəyişir.
"Mərkəzə yaxın və metroya çıxışı olan ərazilərdə 1 otaqlı mənzillərin kirayəsi orta hesabla 400-600 manat, 2 otaqlı mənzillər 500-800 manat, 3 otaqlı mənzillər isə 700-1100 manat aralığında təklif olunur. Şəhər kənarına doğru getdikcə qiymətlər nisbətən aşağı olur və 1 otaqlı mənzillər 250-400 manat aralığında dəyişir. Tədris ilinin bitməsi ilə tələbə seqmentinin bazardan çıxması xüsusilə Nəsimi, Yasamal və Nərimanov rayonlarında daha çox hiss olunur. Bu ərazilərdə əvvəllər tələbələr tərəfindən yüksək tələbat olduğu üçün kirayə qiymətləri daha sabit və bəzən yüksək səviyyədə qalırdı. İyun-iyul aylarında isə ev sahibləri daha tez kirayəçi tapmaq üçün qiymətlərdə 5-10 faiz aralığında endirim etməyə meyilli olurlar".
Ekspert qeyd edib ki, bununla yanaşı, yay aylarında bazarda qısa müddətli kirayələrə maraq artır.
"Dənizə yaxın və istirahət zonalarına çıxışı olan mənzillər günlük və aylıq icarəyə daha çox təklif olunur. Bu seqmentdə qiymətlər isə yerləşmədən asılı olaraq günlük 40-120 manat aralığında dəyişir.
Ümumilikdə, kirayə bazarında ən sakit dövr məhz tədris ilinin bitdiyi yay ayları hesab olunur. Sentyabr ayına doğru isə tələbələrin yenidən Bakıya qayıtması ilə birlikdə kirayə mənzillərə tələbat artır və qiymətlərdə yenidən 10-20 faiz aralığında yüksəliş müşahidə olunur", - deyə ekpert vurğulayıb.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azər Aydəmir: "8 yaşında atamı, 15 yaşında isə anamı itirdim" - (Video)
-
Acun Ilıcalı ilə məşhur aparıcı arasında qalmaqal
-
Sosial media asılılığa çevriləndə nə etməli? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır
-
Kasko sığorta ilə bağlı yeni qaydalar? - (Video)
-
Yeniyetmələr sosial mediada niyə daha həssasdır? – Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama
-
Elçin Quliyev ona polkovnik rütbəsi verdi - (Foto)
XƏBƏR LENTİ
-
Azər Aydəmir: "8 yaşında atamı, 15 yaşında isə anamı itirdim" - (Video)
-
Acun Ilıcalı ilə məşhur aparıcı arasında qalmaqal
-
Poqba klubsuz qaldı
-
Sosial media asılılığa çevriləndə nə etməli? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır
-
Kasko sığorta ilə bağlı yeni qaydalar? - (Video)
-
Ukraynanın yeni müdafiə naziri təyin edildi
-
Yeniyetmələr sosial mediada niyə daha həssasdır? – Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama
-
Elçin Quliyev ona polkovnik rütbəsi verdi - (Foto)
-
İnternetdəki mənfi şərhlər depressiyaya qədər apara bilər – Səhiyyə Nazirliyinin mütəxəssisindən xəbərdarlıq
-
Həftəsonunun havası açıqlandı
-
İranla danışıqları dayandırmaq əmri verildi
-
Naxçıvana uzanan diqqət və qayğının 17-ci ünvanı: Elmə, təhsilə və gələcəyə verilən dəyər
-
Canlı yayımda faciə: Bloqerə bıçaqlı hücum oldu - (Video)
-
Xanım şəhid qardaşına verdiyi sözdən danışdı: “Davam edə bilməzdim” - (Foto-Video)
-
Hikmət Mustafayevə yüksək vəzifə verildi
-
Mourinyo baş tutmayan Rodri transferi barədə: "Onlar "Real"da oynaya bilməz"
-
Sefonun fanatı ilə çətin anları - Gənc qızın hərəkəti qınandı - (Video)
-
Türkiyədə tanınmış din xadimi və arvadı saxlanıldı - (Foto)
-
Məşhur İngiltərə klubunun stadionunda meyit tapıldı
-
"Fənərbağça"nın futbolçusu "Barselona"ya transfer olunacaq
-
Rusiya milyarderləri Putin üçün kisənin ağzını açdı: 384 milyard
-
Qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın Fotoları
-
Rəqsanənin qızı Yağmur: "Ən ağır həqiqətdir ki, həyatda özündən başqa heç kimin yoxdur" - (Foto)
-
Uşaqlar yolu idman zalına çevirdi, valideynləri polisə çağırıldı - (Video)





