“Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bir Kredit BOKT" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, maliyyə qurumunun kredit portfeli 2025-ci ildə kreditləşmə fəaliyyəti nəticəsində 11 milyon 747 min 725 AZN təşkil edib.
Milli.Az xəbər verir ki, 2025-ci ildə "Bir Kredit BOKT" MMC-nin gəlirlərinin əsas hissəsini - 98%-ni (269 min 528 AZN) faiz gəlirləri təşkil edib. Digər gəlirlər isə ümumi gəlirlərin 2%-i həcmində olub (4 min 477 AZN). Hesabat dövrü üzrə xalis zərər 206 min 908 AZN təşkil edib. Buna səbəb kreditləşmə fəaliyyətinə 2025-ci ilin avqust ayından etibarən başlanılması, eləcə də cəlb edilmiş vəsaitlər üzrə faiz xərclərinin, ehtiyatların və əməliyyat xərclərinin ilin əvvəlindən formalaşdırılması olub.
2025-ci ilin sonunda "Bir Kredit BOKT" MMC-nin cəmi aktivləri 108 milyon 728 min 812 AZN təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin sonunda bu göstərici 83 milyon 480 min 131 AZN təşkil edirdi. Beləliklə, BOKT-nin aktivləri illik müqayisədə 25 milyon manatdan çox artıb. Artımın əsas səbəbləri investisiya portfelinin 15 milyon manat genişlənməsi, həmçinin BOKT tərəfindən 6 ay ərzində verilən kreditlərin həcmidir ki, bu rəqəm yuvarlaq olaraq 12 milyon manatdır. Aktivlərdən çıxılan ehtiyatlar, keçmiş illərin zərəri 2 milyon manat təşkil edir. Hesabat dövründə BOKT-nin nizamnamə kapitalı da artırılaraq 99 milyon 835 min 580 manata çatdırılıb.
Cari dövr ərzində BOKT rebrendinq edərək "BirKart BOKT" MMC adından, "Bir Kredit BOKT" MMC adına keçib. Rebrendinqin əsas məqsədi qurumun gələcək inkişaf strategiyasına uyğun olaraq daha innovativ və texnoloji yönümlü xidmət modelinin formalaşdırılması, eləcə də müştərilərə tam onlayn xidmətlərin təqdim edilməsidir. Bu istiqamətdə təqdim olunan əsas xidmətlərdən biri də Birmarket mobil tətbiqi vasitəsilə müştərilərin ehtiyaclarına uyğun onlayn kreditləşmə xidmətidir.
Hesabatla ətraflı tanış olmaq üçün: www.b-b.az/aC3aDn
Qeyd edək ki, kreditlərin verilməsi məqsədilə 2018-ci ildə yaradılmış "BirKart BOKT" MMC-nin 31 dekabr 2025-ci il tarixinə nizamnamə kapitalının 100%-i "Kapital Bank" ASC-yə məxsusdur. Hazırda fəaliyyətini "Bir kredit BOKT" MMC adı altında davam etdirən qurum Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib - FOTO
-
Ayselin başına İŞ GƏLDİ - FOTOlar
-
Bakı–Tbilisi–Bakı qatarında siniflər üzrə gediş haqqı AÇIQLANDI - RƏSMİ - FOTO
-
Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik ünvanlayıb
-
Azərbaycanlı müğənni 3-cü dəfə EVLƏNİR
-
“Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb
XƏBƏR LENTİ
-
Malta Prezidenti Prezident İlham Əliyevi təbrik edib
-
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib - FOTO
-
Li Cemyön Prezident İlham Əliyevi təbrik edib
-
İsveç Kralı XVI Karl Qustav Prezident İlham Əliyevi təbrik edib
-
Kralı Filip Prezident İlham Əliyevə məktub göndərib
-
Ayselin başına İŞ GƏLDİ - FOTOlar
-
Kralı VI Məhəmməd Prezidenti İlham Əliyevi təbrik edib
-
Hakim və məhkum sinif yoldaşı çıxdı - VİDEO
-
Zoran Milanoviç Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Petr Pavel Prezident İlham Əliyevi təbrik edib
-
Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik ünvanlayıb
-
Bakı–Tbilisi–Bakı qatarında siniflər üzrə gediş haqqı AÇIQLANDI - RƏSMİ - FOTO
-
Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik ünvanlayıb
-
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçisi olacaq?
-
Azərbaycanlı müğənni 3-cü dəfə EVLƏNİR
-
“Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb
-
38 yaşlı oyunçu ilə "qan təzələdilər"
-
Hamı bu camışla şəkil çəkdirir - Səbəbi təəcübləndirəcək
-
“La Campanella” Kamera Orkestrinin konsert proqramı keçirilib - FOTO
-
Şəhid atası vəfat etdi
-
İranda güclü zəlzələ oldu
-
"O mahnı bacımın məzarı üstündə yaranıb, yaramdır, DƏYMƏYİN!"
-
Bakıya yenə güclü yağış yağacaq
-
Hamı uşağına bu 2 adı qoymaq istəyir - Rekord qırır





