WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı keçirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşü - Açılış Sessiyası" təşkil olunur.
Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə 2016-2036-cı illəri əhatə edən Yeni Şəhər Gündəliyinin icrasının orta mərhələsində görülən işlər qiymətləndirilir, mövcud çatışmazlıqlar müzakirə edilir və 2036-cı ilədək fəaliyyətin sürətləndirilməsi yolları nəzərdən keçirilir.
Nazirlər görüşü 2026-cı ildə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum (HLPF) və BMT Baş Assambleyasının icmal prosesi öncəsi mühüm platforma hesab olunur. Tədbirdə dayanıqlı şəhər inkişafının əsas istiqamətlərindən biri kimi mənzil məsələsinə xüsusi diqqət ayrılır.
Müzakirələr Yeni Şəhər Gündəliyinin üç əsas istiqaməti - sosial inklüzivlik və yoxsulluğun azaldılması, ümumi rifahın artırılması və ekoloji dayanıqlılıq - əsasında aparılır. Çıxışlarda mənzilin yalnız fundamental insan hüququ deyil, həm də iqtisadi imkanların genişlənməsi, şəhərlərin dayanıqlığının artırılması və iqlim fəaliyyətinin gücləndirilməsi üçün əsas amillərdən biri olduğu vurğulanır.
Tədbir çərçivəsində yüksək səviyyəli tematik panel müzakirələri keçirilir. Panellərdə mənzilin sosial inklüzivlik və yoxsulluğun azaldılmasındakı rolu, şəhər rifahı və iqtisadi imkanların genişləndirilməsinə təsiri, eləcə də ekoloji dayanıqlı və iqlimə davamlı şəhər inkişafındakı əhəmiyyəti müzakirə olunur.
Nazirlər və digər iştirakçılar yaxşı təcrübələri bölüşür, innovativ siyasət və maliyyələşdirmə mexanizmlərini müzakirə edir, çoxsəviyyəli idarəetmə yanaşmalarının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparırlar.
Görüşün yekununda Yeni Şəhər Gündəliyinin icrasına dair siyasi öhdəliklərin gücləndirilməsi, mənzil siyasətinin dayanıqlı şəhər inkişafının mərkəzinə yerləşdirilməsi və 2036-cı ilədək fəaliyyətin sürətləndirilməsi məqsədilə yeni yanaşmaların formalaşdırılması nəzərdə tutulur.
Tədbirin nəticələri sədr yekun sənədində əks olunacaq və bu sənəd NUA üzrə aralıq icmal prosesinə, HLPF 2026 müzakirələrinə, həmçinin WUF13-ün əsas yekun sənədlərindən biri olan Baku Call to Action təşəbbüsünə töhfə verəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“O geyimimə görə atam mənimlə 2 il DANIŞMADI"
-
AZAL Naxçıvan reyslərini bərpa etdi
-
Anar Quliyev: Qarabağ və Şərqi Zəngəzurda innovativ investisiyalar dayanıqlı iqtisadi inkişafı sürətləndirəcək
-
Xalq artistinin qızının müğənni nişanlısı ilə səmimi GÖRÜNTÜLƏRİ - VİDEO
-
Bu ildən “Baku Urban Award” adlı yeni mükafat təsis edilir
-
Yeni Şəhər Gündəliyinin icrası üçün siyasi öhdəliklərin yenilənməsi vacibdir - Polşanın BMT-dəki səfiri
XƏBƏR LENTİ
-
“O geyimimə görə atam mənimlə 2 il DANIŞMADI"
-
Dünyada hər 4 nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok STATİSTİKA
-
ÜST 2 ölkədə fövqəladə vəziyyət elan etdi
-
AZAL Naxçıvan reyslərini bərpa etdi
-
İlham Əliyev Keniya Prezidentini ilə görüşüb - FOTO
-
Dünyanın ən yaşlı iti öldü
-
Anar Quliyev: Qarabağ və Şərqi Zəngəzurda innovativ investisiyalar dayanıqlı iqtisadi inkişafı sürətləndirəcək
-
Prezident Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTO
-
İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib - FOTO
-
Xalq artistinin qızının müğənni nişanlısı ilə səmimi GÖRÜNTÜLƏRİ - VİDEO
-
Hamı İkardinin bu paylaşımından DANIŞIR
-
Bu ildən “Baku Urban Award” adlı yeni mükafat təsis edilir
-
Yeni Şəhər Gündəliyinin icrası üçün siyasi öhdəliklərin yenilənməsi vacibdir - Polşanın BMT-dəki səfiri
-
Türk xanımın azərbaycanlı taksi sürücüsü barədə dedikləri VİRAL OLDU: "Həyatım boyu unutmayacağam" - VİDEO
-
Türkiyədə zəlzələ oldu
-
Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə veriləcək
-
Zimbabve Respublikasının Vitse-prezidenti Azərbaycana səfərə gəlib
-
Ən davakar BÜRCLƏR
-
Azərbaycana təkcə bu ölkə SƏS VERİB - FOTO
-
Avtomobil sığortası ilə bağlı YENİ QAYDALAR
-
WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı keçirilir
-
O filmdə danışan Nəsibə Zeynalova deyilmiş... - VİDEO
-
Xabi Alonsonun çalışdıracağı klubunun adı BƏLLİ OLDU
-
Azərbaycanda WUF13 start götürür





