Bakıda obyekt alıb kirayə vermək nə qədər sərfəlidir? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda qeyri-yaşayış (obyekt) sahəsi alıb kirayə vermək son illərdə ən çox müzakirə olunan investisiya istiqamətlərindən birinə çevrilib.
Bəs Bakıda qeyri-yaşayış alıb kirayə vermək sərfəlidir?
Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmli bildirib ki, şəhərin sürətli urbanizasiyası, biznes aktivliyinin artması və əhalinin mərkəzə yönəlməsi kommersiya qeyri-yaşayış sahələrinə olan tələbi sabit saxlayır. Bu isə öz növbəsində qeyri-yaşayış sahələrinin həm satış, həm də kirayə bazarında maraqlı gəlir imkanları yaradır.
@Hazırda bazarda qeyri-yaşayış sahələrinin kirayə qiymətləri sahəsindən və yerləşdiyi ərazidən asılı olaraq ciddi fərqlənir. Kiçik qeyri-yaşayış sahələri, yəni təxminən 30-60 kvadratmetr sahəsi olan kommersiya yerləri aylıq 500-1000 manat arasında dəyişir. Orta ölçülü qeyri-yaşayış sahələrində bu rəqəm 1000-3000 manat civarındadır. Daha böyük və strateji ərazilərdə yerləşən qeyri-yaşayış sahələri isə 4000 manatdan başlayaraq 10 000 manatı və daha yüksək məbləğləri keçə bilir. Xüsusilə mərkəzi küçələrdə və intensiv insan axını olan zonalarda yerləşən qeyri-yaşayış sahələri daha yüksək gəlir potensialına malik olur".
Ekspert qeyd edib ki, satış qiymətlərinə gəldikdə isə, kiçik qeyri-yaşayış sahələri adətən 80 000-200 000 manat arasında təklif olunur.
"Orta səviyyəli qeyri-yaşayış sahələri üçün bu rəqəm 200 000-500 000 manat civarındadır. Şəhərin mərkəzi hissələrində yerləşən kommersiya qeyri-yaşayış sahələrinin qiyməti isə 500 000 manatdan başlayaraq daha yüksək məbləğlərə çata bilər. Bu bazarda əsas qiymət formalaşdırıcı faktor məhz yerləşmə yeridir və ümumi dəyərin böyük hissəsini təşkil edir. Gəlirlilik baxımından qeyri-yaşayış sahələri kifayət qədər cəlbedici görünür. Məsələn, 200 000 manata alınan bir qeyri-yaşayış sahəsi aylıq 1500 manata icarəyə verilərsə, bu illik 18 000 manat gəlir deməkdir. Bu isə təxminən 9 faiz illik gəlirlilik göstəricisinə uyğundur. Ümumilikdə Bakı bazarında kommersiya qeyri-yaşayış sahələri üzrə illik gəlir səviyyəsi adətən 6-10 faiz arasında dəyişir ki, bu da mənzil kirayəsi ilə müqayisədə daha yüksəkdir".
O.Rüstəmli qeyd edib ki, bu investisiya növünün əsas üstünlüklərindən biri gəlirin nisbətən stabil olmasıdır.
"Kommersiya qeyri-yaşayış sahələrində kirayə müqavilələri adətən uzunmüddətli olur və kirayəçilər tez-tez dəyişmir. Bundan əlavə, qeyri-yaşayış sahələri inflyasiyaya qarşı müəyyən qoruma təmin edir, çünki qiymətlər zamanla artmağa meyilli olur. Digər tərəfdən, bizneslərin davamlı olaraq kommersiya sahələrinə ehtiyacı olması bu bazarda tələbin qalıcı olmasını təmin edir. Bununla yanaşı, risk faktorları da nəzərə alınmalıdır. Ən böyük risk qeyri-yaşayış sahəsinin uzun müddət boş qalmasıdır. Əgər qeyri-yaşayış sahəsi zəif lokasiyada yerləşirsə və ya insan axını azdırsa, kirayəçi tapmaq çətinləşir. Digər bir risk isə iqtisadi vəziyyətlə bağlıdır. Bizneslərin bağlanması və ya köçməsi nəticəsində kirayə gəliri dayana bilər. Bundan əlavə, qeyri-yaşayış sahəsi sahibləri təmir, kommunal sistemlər və vergi ödənişləri kimi əlavə xərclərlə də üzləşə bilərlər".
Ekspertin sözlərinə görə, Bakıda ən sərfəli hesab olunan ərazilər əsasən biznes aktivliyinin yüksək olduğu zonalardır.
"Nərimanov, Yasamal, Nəsimi və Xətai rayonları bu baxımdan daha gəlirli hesab olunur. Bu ərazilərdə həm insan axını yüksəkdir, həm də kommersiya fəaliyyəti geniş yayılıb. Daha kənar və axının zəif olduğu ərazilərdə isə risk səviyyəsi artır və gəlir potensialı aşağı düşür. Ümumilikdə, Bakıda qeyri-yaşayış sahəsi alıb kirayə vermək düzgün seçim edildiyi halda sərfəli investisiya hesab olunur. Lakin bu sahədə uğur qazanmaq üçün əsas şərt qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin düzgün seçilməsidir. Yaxşı lokasiyada yerləşən qeyri-yaşayış sahəsi sabit və yüksək gəlir gətirə bilər, əks halda isə investisiya uzun müddət gözlənilən nəticəni verməyə bilər", - deyə o qeyd edib.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Cennet mahallesi"nin "Ayşe"si ana oldu - (Foto)
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
XƏBƏR LENTİ
-
Yayın ən dadlı tərəvəz yeməyi
-
Dünəndən qalan plovu isidərkən iki dəfə düşünün
-
Matcha içməyin çağırışı edildi
-
Çox ləzzətli məzə resepti
-
Sumaq ədviyyatını yeməklərdə istifadə etməyin incəlikləri
-
0 şəkər, 0 kalori: Yaponlar hər gün stəkan-stəkan içirlər
-
Bişən yumurtaya nə üçün bir damla sirkə əlavə edilir?
-
İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
-
"Cennet mahallesi"nin "Ayşe"si ana oldu - (Foto)
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Kredit kartı şifrəsində "0" rəqəmi olanlara xəbərdarlıq edildi
-
“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)
-
Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
-
İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu (Foto)
-
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
-
Gavalının üzərindəki ağ ləkənin səbəbi bəlli oldu
-
Dünya çempionatında Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər
-
Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul
-
PSJ “Barselona”nın ulduzunu transfer edib
-
Sarayda zəncirvari qəza olub (Foto/Video)





