General-mayor rütbəsi alan Fuad Aslanov kimdir? - DOSYE
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Milli.Az "gömrük xidməti general-mayoru" ali xüsusi rütbəsi alan Fuad Aslanovun dosyesini təqdim edir:
Fuad Mikayıl oğlu Aslanov 1979-cü ildə Bakı şəhərində anadan olub.
1996-2000-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Kompyuter Elmləri ixtisası üzrə təhsil almışdır. ADNA-nı bitirdikdən sonra, 2006-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsinə daxil olub və Biznesin İdarəolunması ixtisası üzrə təhsil almışdır. Eyni zamanda 2017-2019-cu illərdə ABŞ Çikaqo Universitetinin Biznesin İdarəolunması ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
2000 - 2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında rabitə tağımının komandiri vəzifəsində xidmət edib.
1998 - 2009-cu illərdə müxtəlif şirkətlərdə proqram tərtibatçısı, verilənlər bazası inzibatçısı, İT meneceri;
2009 - 2018-ci illərdə PAŞA Bankda Texniki İşlər üzrə baş direktor müavini, Proqram Tərtibatçılığı və Dəstək direktoru və Bank Sistemlərinin İnkişafı Departamentinin direktoru;
2018 - 2020-ci illərdə Veysəloğlu şirkətlər qrupunda İnformasiya İşləri üzrə baş direktoru;
2020 - 2021-ci illərdə Dövlət Vergi Xidmətində Rəqəmsal Vergi İnzibatçılığı Baş İdarəsinin rəisi əvəzi;
2021 - 2022-ci illərdə (eManat) "Modern Group"da İnformasiya İşləri üzrə baş direktor vəzifəsində çalışıb.
2022-ci il 13 sentyabr tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq əmrinə əsasən Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Peşə fəaliyyəti ərzində İnformasiya kommunikasiya texnologiyaları və İdarəetmə sahəsində geniş təcrübəyə yiyələnmişdir. Effektiv İT və rəqəmsal transformasiya strategiyaların formalaşdırması və idaredilməsi, prioritet məqsədlərə nail olmaq üçün texnoloji dəyişikliyin idarəedilməsi, starteji hədəflərin əlçatanlığını və əsas biznes proseslərin dayanıqlığını təmin edmək üçün müxtəlif texnoloji həllərin tətbiq edilməsi təcrübəsinə malikdir. Ödəniş sistemləri, elektron pul kisələri və mobil ödəniş sistemləri, Bank, ERP və Data Warehouse sistemləri kimi bir çox layihələrə rəhbərlik edib.
Eyni zamanda, Strateji Planların hazırlanması, Əməliyyat səmərəliliyi və dəyərin optimallaşdırması, Rəqəmsal transformasiya, Məlumatların təhlili İT arxitekturası və Proqram təminatı, Biznesin inkişafı və İdarə edilməsi, proqram, portfolio və layihə idarəetmə, Bulud texnologiyaları sahələrində peşəkar biliklərə malikdir
İngilis, Rus və Türk dillərini əla səviyyədə bilir.
Evlidir, iki övladı var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
XƏBƏR LENTİ
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)
-
Millətlər Liqası: Bu gün daha 10 oyun var
-
Türk aktrisanı Merilin Monroya bənzətdilər - (Video)
-
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri alınmasına dair Ali Məhkəmədən mühüm qərar
-
Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Neftin qiyməti yenidən qalxdı
-
Pensiyalar ödənildi
-
Aslıhan Doğan: “Ardanı evə buraxmırdım”
-
Mağazada bu hallara yol verənlər 6 min manat cərimələnə bilər
-
Nazirin üstünə qışqıran hərbçiyə medal verildi
-
Azərbaycanda yeni güzəştli mənzillər satışa çıxarılır - Tarix
-
Paytaxtın 12 küçəsində tıxac var
-
İtaliya Fransanı məğlub edərək qrup liderliyinə yüksəldi
-
“Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım” - Nazpəri Dostəliyeva
-
Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi





