Ölkə

Keçən il 6 nəfər prokurorluq orqanlarından xaric edilib

28 Yanvar 2026 17:19
Baxış: 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il Azərbaycanda 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair keçirilən kollegiya iclasında məlumat verilib.

İclasda qeyd edilib ki, ötən ildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Onlardan 1-nə irad tutulub, 13-nə töhmət və ya şiddətli töhmət elan edilib, 5 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

Ayxan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.