Ölkə

“Mediada Azərbaycan dili” mövzusunda ilk təlimlər keçirildi - VİDEO - FOTO

10 Yanvar 2026 16:08
Baxış: 467
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında "Mediada Azərbaycan dili" mövzusunda təlimlərə bu gündən başlayıb.

Milli.Az xəbər verir ki, təlimlərin ilk günündə ustad dərslərini Əməkdar artist Nərgiz Cəlilova, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini, diktor Rafiq Həşimov və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli keçiblər.

Aparıcılar üçün nəzərdə tutulan təlimlərdə nitq mədəniyyəti, canlı yayım zamanı diqqət edilməli əsas məqamları Nərgiz Cəlilova və Rafiq Həşimov izah edib. Müxbir və redaktor qrupları üçün təşkil olunan dərslərdə isə Nadir Məmmədli Azərbaycan dilinin qrammatik normalarına düzgün əməl olunması və dilçilik məsələləri mövzusu ətrafında müzakirələr aparıb.

Qeyd edək ki, təlimlərin məqsədi mediada Azərbaycan dilinin düzgün və səlis istifadəsinin təşviq edilməsidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.