Ölkə

Bakıda elektrikdoldurma məntəqəsi su altında qaldı - VİDEO

17 Dekabr 2025 12:50
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

17 elektrikdoldurma cihazından yalnız ikisi işlək vəziyyətdədir, 15-i suyun altında qalaraq xarab olub...

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsindən gedir.

Elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan məntəqənin ərazisinə kanalizasiya sularının dolmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda sürücülərin məntəqəyə yaxınlaşa bilmədikləri görünür.

Sürücülər deyirlər ki, yağmurlu hava şəraitindən sonra ərazidən nəinki keçmək, hətta avtomobil saxlamaq belə mümkün olmur.

Vəziyyətdən narazılıqlarını bildirən sürücülərin sözlərinə görə, hazırda ərazinin təmizlənməsi üçün heç bir iş aparılmır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.