Ölkə

Azərbaycanda deputatın mandatına xitam verilir - FOTO

9 Dekabr 2025 20:44
Baxış: 1 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Əli Abbasovun mandatına xitam verilməsi məsələsi qaldırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının iclasında məsələ müzakirə olunub.

Komissiya bununla bağlı Ali Məclisə müraciət olunması barədə qərar qəbul edib.

Məsələ Ali Məclisin iclasında müzakirə olunacaq.

Qeyd edək ki, deputat Əli Abbasovun adı bir müddət öncə məhkəmə işində hallanıb. Həmiş iş üzrə tərəflər arasında barışıq əldə olunub, işə xitam verilib.

Əli Abbasov Şərur rayonu 4 saylı Yengicə seçki dairəsi üzrə deputat seçilib. O, Ali Məclisin iqtisadi- siyasət komitəsinin üzvüdür.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.