Ölkə

Sənaye və Texnologiya Kollecində insident - İşçi direktorla mübahisə edib özünə xəsarətlər yetirdi

9 Dekabr 2025 15:06
Baxış: 417
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bugün səhər saatlarında Sənaye və Texnologiya Kollecində insident baş verib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Sənaye və Texnologiya Kollecində laborant kimi çalışan S.N (ad şərtidir) kollecin direktoru Nasim Abışovla mübahisə edib.

Bundan sonra isə S.N özünə xəsarətlər yetirib və dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb. Özünə xəsarət yetirən şəxsin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.

Məlumata görə, Nasim Abışov 2025-ci ildə Sənaye və Texnologiya Kollecinə direktor təyin olunub və bir müddətdir ki, kollecin müəllim və digər əməkdaşları ilə problemlər yaşayır.

Qeyd edək ki, Azərbaycan Respublikası yanında AAK-da ekspert komissiyasının sədr müavini olmuşdur. 2025-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru vəzifəsində işləyir.

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.