Ölkə

Bu tibb mərkəzlərinə yeni direktorlar təyin olundu - FOTO

12 Avqust 2025 15:20
Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Xəzər Tibb Mərkəzinə Mübariz Ağayev, Suraxanı Tibb Mərkəzinə isə Tərlan Bəbirov rəhbərlik edəcək.

"Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək M.Ağayev ixtisasca pediatrdır və yeni təyinata qədər TƏBİB-də İxtisaslı tibbi xidmətin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək T.Bəbirov ixtisasca pediatrdır və yeni təyinatadək Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb",- deyə əlavə edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.